BolgeXeber.Com » Bölgə » Astaranın icra başçısı dənizkənarı parkının pulunu yeyib

Astaranın icra başçısı dənizkənarı parkının pulunu yeyib

5-08-2014, 12:10
Oxunub: 2 743 Astarada dənizkənarında inşa edilən bulvarın tikintisi zamanı külli miqdarda vəsait mənimsənilib

Bu barədə PİA.AZ-a Astaradan daxil olan məlumatda bildirilir ki, Astara rayon İcra başçısı Qəzənfər Ağayev bulvarın tikintisi üçün rayonun daxili büdcəsindən indiyə kimi 4 milyon manata qədər vəsait xərcləsə də, hələki işlərin yarısı görülməmiş qalır.

Daxil olan məlumatda bildirilir ki, hazırda parkda işlər davam edir, amma ayrılmış vəsait qurtardığından işlərin bir neçə gündən sonra dayanacağı gözlənilir. Bulvarı bitrmək üçünsə, yenidən bir neçə milyon manat vəsaitə ehtiyac olduğu bildirilir.

Məlumatlı mənbəmiz bildirir ki, icra başçısı Qəzənfər Ağayev parka ayrılan vəsaitin 2 milyon manatından çoxunu «sildiyi»üçün bir müddət əvvəl də bulvarda işlər dayandırılmışdı. icra başçısının mart ayında daxili büdcədən bulvarın tikkintisi üçün yenidən 1,8 milyon manat vəsait ayırdıqdan sonra işlər bərpa edilmişdi. Hətta Qəzənfər Ağayevin bu vəsaitlə bulvarın tikintisini bitirmək haqqında iş icraçılarına təlimat verdiyi də qeyd olunur. Lakin belə görünür ki, bulvarın tikintisində bu dəfə də «vəsait çatışmamazlığı» yaranıb.

Məlumatda göstərilir ki, Qəzənfər Ağayev dənizkənarı parkın tikintisində mənimsədiyi 2 milyon manata yaxın vəsaiti müxtəlif şirkətlərdən fantastik qiymətə tikinti matrealların alınması vasitəsi ilə «silib». Məlumatlı mənbəmiz qeyd edir ki, parkın tikintisində istifadə olunan üzlüklərin 1 kvadrat metri sənədlərdə 20 mantdan başlayır. Bundan başqa müxtəlif ağaclar və kolların qiyməti də qara bazardakı qiymətlərdən 4 dəfə baha sənədləşdirilib.

Qeyd olunur ki, Qəzənfər Ağayev parkdakı işləri bitirmək üçün rayonun büdcə təşkilatlarının rəhbərlərinin, xüsusilə də, Təhsil şöbəsi, Səhiyyə idarəsi, Yol İstismar İdarəsi, Mədəniyyət və Turizm şöbəsi, və s. büdcə təşkilatlarının rəhbərlərindən pul tələb edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…