BolgeXeber.Com » Bölgə » Şəkidə 842 min manatlıq “Uçan şir” müəmması

Şəkidə 842 min manatlıq “Uçan şir” müəmması

7-08-2014, 10:30
Oxunub: 3 528 Keçmiş icra başçısının 2008-ci ildə tikdirdiyi hovuz ötən il “mentalitetə uyğun gəlmədiyi” üçün sökülüb

Ötən günlərdə Şəkinin sabiq icra başçısı Nazim İbrahimovla bağlı maraqlı məlumat vermişdik. Jam.az-a daxil olan məlumatda qeyd olunurdu ki, adı Şəkidəki bazar qalmaqalına qarımış sözügedən şəxs qardaşı Ülfət İbrahimovu həbsdən qurtarmaq üçün keçmiş rayon rəhbəri 2008-ci ildə “Şəki İpək” ASC-nin balansında olan uşaq bağçasını 27 min manata özəlləşdirib. Bu ilin mayında isə həmin obyekti türk iş adamlarına 700 min manata satıb. Məlumatı verənlər iddia edir ki, keşmiş icra başçısı uşaq bağçasından aldığı pulu qardaşının həbsdən qurtarmasına sərf edib.

Bu gün isə daha bir qalmaqallı korrupsiya əməli ilə bağlı məlumat daxil olub. Şəki sakinlərindən biri qeyd edib ki, Nazim İbrahimovun hərəkətləri bununla bitmir. Onun bildirdiyinə görə, rayonun Oğuz şossesi ilə M.Ə.Rəsulzadə prospektinin kəsişməsindəki dairədə hovuz və kənarlarında 3 ədəd "uçan şir" heykəllərini 2008-ci ildə sifarişlə çinlilərə qoydurub. Məlumata görə, bu işin görülməsi 842 000 manata sənədləşdirilsə də, iş icraçılarına 240 000 manat verilib. “2013-cü ildə isə bu abidə mentalitetə uyğun olmadığna görə, sökülüb tullanmış, yerində isə 2 ədəd saxsı küplər qoyulub”.