BolgeXeber.Com » Bölgə » Şabranda bayraq qalmaqalı müavini vəzifəsindən etdi

Şabranda bayraq qalmaqalı müavini vəzifəsindən etdi

18-08-2014, 08:25
Oxunub: 2 938 Fikrət Nuşiyevdən bazar ertəsi günü istefa ərizəsi ilə icra başçısına müraciət etməsi tələb olunub

Azərbaycanda bəzi rayonların rəhbərləri bəlkə də Dövlət Bayrağının rənglərinin hansı ardıcıllıqla düzüldüyünü bilməməklə yanaş, həm də onun mənasını belə bilmirlər. Şabran rayonunda bu gün məhz belə bir vəziyyət yaranıb.

Belə ki, milli.az-a göndərdikləri biabırçı mənzərə Bakı-Quba yolunun 140-cı kilometrliyindədir. Şabran rayonu ərazisində yerləşən lövhədə Azərbaycan bayrağı tərsinə asılıb. Şabran Rayon İcra Hakimiyyətindən sayta bildirilib ki, həqiqətən də belə bir səhv olub və artıq aradan qaldırılıb.

Lakin məsələ təkcə bununla bitməyib. Jam.az-a verilən məlumata görə, bayraq qalmaqalına görə, bu işə məsul olan icra başçısının müavini, habelə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyev töhmət alıb. Üstəlik, ona həftənin birinci günü ərizəsini yazaraq, isdən çıxması tələb olunub. Mənbənin məlumatına görə, Nuşiyev dəhəftənin 1-ci günü ərizə ilə icra başçısına müraciət edəcəyini bildirib.