BolgeXeber.Com » Bölgə » Sumqayıt İcra başçısı Eldar Əzizovun görmədikləri-VİDEO-FOTO

Sumqayıt İcra başçısı Eldar Əzizovun görmədikləri-VİDEO-FOTO

18-08-2014, 12:05
Oxunub: 4 148 Yayda istilər gücləndikcə dəniz sahilindəki pulsuz çimərliklərdə adam əlindən tərpənmək olmur. Bunu başa düşmək olar,çünki Nabrana, xaricə getməyə imkanı olmayan insanlar qızmar istilərdə sərinlənmək üçün vaxtaşırı dəniz kənarına üz tuturlar. Lakin burada da problem yaranır...
Çünki sahildə bəzən maşınların əlindən tərpənmək olmur ki, bax bunu heç cürə başa düşmək mümkün deyil.Sumqayıtda sahildə adamlarla maşınlar illərdir bərabər gəzir.Bolgexeber.TV bildirir ki, Sumqayıtın dəniz kənarında –çimərlikdə anoloqu olmayan mənzərənin şahidi olmaq olar. Belə ki, Coratın aşağı hissəsindən Səməd Vurğun küçəsi boyunca paralel uzanan dəniz kənarında avtomobillər adamlarla bərabər “gəzir”. Dünyanın heç bir sivil ölkəsində Sumqayıtın ictimai çimərliyi ərazindəki kimi əcaib və biabırçı mənzərəyə rast mümkün deyil. İnanıram ki, çaşıb Sumqayıta təşrif buyuran hər hansı bir xarici turist dəniz kənarında dediyimiz vəziyyəti görsə bəlkə də təəcübündən gözü kəlləsinə çıxar. Maraqlı və həm də təəcüblü orasıdır ki, bura istirahətə maşınsız gələn çoxlu sayda şəhər sakinləri bu cür açınacaqlı haldan sanki narahat olmurlar. Halbuki çoxsaylı avtomobillərin düz sahilin kənarı ilə o baş-bu baş şütüməsi əslində bura maşınsız gələn insanların istirahətinə mane etməyə bilməz. Adamda elə təsəvvür yaranır ki, dedyim ərazi sanki avtomobillərin parklanması üçün yerdir. Sahilə bircə parkomatlar quraşdırmaq çatmır. Ən əsası isə sahil artıq neçə illərdir ki, avtomobil sürməyi təzə öyrənənlər üçün populyar yer kimi tanınır və maraqlıdır ki, neçə illərdir yerli DYP-nin rəsmiləri bu vəziyyətə normal yanaşırlar, buna göz yumurlar. Halbuki qanunvericiliyə görə avtomobil sürməyi öyrənənlər üçün xüsusi bağlı meydançalar olmalı və tələbələrə təlim xüsusi nişanlı təlim maşınlarında peşəkar təlimçilərin müşayəti ilə keçirilməlidir. Aydındır ki, ərazidə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayanda və sahil yol polisi tərəfindən nəzarət edilməyəndə insanların kütləvi şəkildə burada gəzməyi təhlükəli hesab olunmalıdır. Ərazidə baş verən qəzaların statistikası haqda məlumatımız olmasa da ,çox güman ki , onlar baş verir. Bundan başqa əgər sən ailənlə həftədə bir dəfə istirahət etmək, təmiz dəniz havası almaq üçün dəniz kənarına düşmüsənsə trassadakıtək, özü də heç bir qayda ğözləmədən , necəgəldi, böyük sürətlə şütüyən avtomobillərin əlindən çətin ki, rahat gəzə bilərsən. Çünki hər dəqiqə uşaqlarınızın və özünüzün maşın tərəfindən əzilməsi təhlükəsi olduğundan gərginlikdə qalmağa məcbur olursan. Xatırladaq ki, dövlət tərəfindən sahildə, dediyimiz ərazidə dəniz limanı tikintisi , bulvar salınması və sairə işlərin görülməsi üçün iri lahiyələr təsdiq olunub və müvafiq qərarlar verilib. Hətta bunun üçün büdcədən milyonlarla pul da ayrılıb. Ancaq qərarın verilməsindən 3 il keçməsinə baxmayaraq bu istiqamətdə ciddi heç bir iş görülməyib. Görünür dəniz kənarında gəzmək həvəskarları doğma sahildəki bu dözülməz vəziyyətə hələ çox dözməli olacaqlar. İcra hakimiyyəti isə həmişəki kimi məsələyə laqeyd yanaşır. Görünür icra başçısı Eldar Əzizovun prezidentin Sumqayıtda Bakıdakıtək sahilboyu bulvar salınması haqda göstərişlərini tez yerinə yetirməyə elə də maraqlı deyil. Bəlkə də ona görə ki,ərazidə pul alınası, xərcləri boynuna qoyulası obyekt yoxdur və bundan daha çox sadə adamlar qazana bilər. Ümumiyyətlə icra başçısı deyəsən yadından çıxarıb ki,dediyimiz ərazi həm də ictimai yerdir... Bundan başqa qaldırdığımız bu məsələ bir mədəniyyət məsələsi və göstəricisidir ...
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Aytən Yaşar
Bolgexeber.TV