BolgeXeber.Com » Bölgə » Raqub Məmmədov sələfi Nizami Sadqovla “anlaşıb”

Raqub Məmmədov sələfi Nizami Sadqovla “anlaşıb”

25-08-2014, 16:25
Oxunub: 4 038
Anlaşmadan sonra Nizami Sadıqovun yeyintilərini Ağdam idarə müdirləri ödəməyə məhkum olublar

Ağdam rayonun icra hakimiyyətindəndəki etibarlı mənbənin verdiyi məlumata görə rayon icra başçısı Raqub Məmmədov sələfi Nizami Sadqovla “anlaşıb”.

Daxil olan məlumatda göstərilir ki, son illərdə abadlıq və tikinti işlərinə ayrılan vəsaitə görə Ağdam rayonlar arasında birinci yerlərdən birini tutub. Ağdamı keçmiş icra başçısı Nizami Sadqovun işlədiyi son bir il müddətində Ağdam rayonuna ümumilikdə 37 milyion manata vəsait ayrılıb və bu vəsaitin böyük bir hissəsinin mənimsənilməsi heç kimdə şübhə doğurmur.

Məlumata əsasən Raqub Məmmədov icra başçısı təyinatı aldıqdan sonra Nizami Sadıqovun yarımçıq qoyduğu işlərlə maralanan yeni icra icra başçısı şok bir olayla qarşılaşıb. Belə ki, Raqub Məmmədovun apardığı monitorinqdən sonra məlum olub ki, Nizami Sadqıov müxtəlif küçələrin təmiri, asfaltlanması, kənd yollarının düzəldilməsi, idarə müəssisə binalarının cari təmiri adı altında rayon büdcəsindən bir neçə milyon manat vəsait mənimsəyib. Görülən işlərin əksəriyyəti isə yarımçıq qalıb. Buna misal olaraq ayrılan vəsaitin xərclənməsinə baxmayaraq Əfətli kənd orta məktəbin tikintisinin yarımçıq qalması, Səfərli və Evoğlu kəndlərində baxçaların cari təmirinə ayrılan vəsaitin bütünlüklə mənisənilməsi, Xınıdırıstan, Hacı Məmmədli, Həsənxanlı, İmamqulubəyli kəndlərində orta məktəblərin cari təmirinə ayrılan vəsaitlərin böyük hissəsinin mənimsənilməsini göstərmək olar. Bundan başqa bir sıra obyektlərdə var ki, həmin obeytlərin tikintisi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Amma Nizami Sadıqov həmin obyektlərə ayrılan vəsiatin demək olar ki, yarsını nəğd şəkildə əvvəlcədən mənimsəyib. Məhz həmin il icra başçısıs Bakı şəhərində məhşur “İzmir” restoranını 10 milyon manata alıb.

Daxil olan məlumatda iddia olunur ki, Nizami Sadıqovun bütün mənimsəmələrinin siyahısını tutan Raqub Məmmədov Nizami Sadıqovu çəin vəziyyətə salıb. Yeni icra başçısı öz sələfini baş verən korrupsiya faktları ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyi ilə hədələyib. Ancaq sonda tərəflər anlaşma yolunu tapıblar. İddiaya əsasən keçmiş icra başçısı Raqub Məmmədova baş verən korrupsiya maxinasiyalarına göz yummağının qarşılığında qazandığı vəsaitin bir hissəsini təklif edib.

Mənbəmiz idda edir ki, Raqub Məmmədov Nizami Sadqıovun bu təklifini qəbul edib və tərəflər arasında bir milyon civarında “razılaşma” olub. İndi isə Ağdam rayonunda keçmiş icra başçısından yarımçıq qalan bütün işləri Raqub Məmmədov büdcə təşkilatlarının rəhbərlərinə və idarə müdirlərinin boynuna yükləyib. Hazırda Nizami Sadıqovun yeyintilərini Ağdam idarə müdirləri ödəyirlər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
pia.az