BolgeXeber.Com » Bölgə » Ağgöl Milli Parkının direktorunun şahin quşu biznesi - İlginc

Ağgöl Milli Parkının direktorunun şahin quşu biznesi - İlginc

27-08-2014, 10:40
Oxunub: 5 320 Ağcabədi və Beyləqan rayonları arasında yerləşən Ağgöl Milli Parkı ilə bağlı Günxəbər.com saytına ilginc informasiya daxil olub. İnformasiya verən mənbənin sözlərinə görə, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev gölün kənarında torpaqdan 2 hektara yaxın hovuz düzəltdirib. Həmin hovuzda isə Ağgöldən tutulan müxtəlif növ balıqlarlar saxlanılır və sonradan bazara çıxarılır.
Məlumatlı mənbənin sözlərinə görə, Loğman Mehdiyev brokonyerlərlə razılaşaraq göldə tor qurulmasına şərait yaradıb. Tututlan balıqların 50 faizi direktora verilir. Loğman Mehdiyevin ay ərzində «dambası»na 3 tondan çox balıq atdığı qeyd olunur. Hazırda Loğman Mehdiyevin gölündə 10 tondan çox balıq olduğu bildirilir və payız aylarında direktor həmin məhsulu satışa çıxardacaq.
Məlumatlı mənbə qeyd edir ki, Loğman Mehdiyev Ağgöl Milli Parkında özünə şahin quşu biznesi də yaradıb. Belə ki, məlumata əsasən direktor Ağgöl Milli Parkında yaşayan şahin quşlarını tututlaraq satır. Bu işlə isə ölkə miqyasında böyük bir şəbəkə məşğul olur. Şahin quşlarının alıcısı isə ərəb şeyxləridir. Mahir ovçu kimi yetişdirilən şahin quşları çox baha qiymətə ərəb şeyxlərinə satılır. Bildirilir ki, Ağgöl Milli Parkından tutulan hər bir şahinə görə Loğman Mehdiyev 3 min manat alır. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.