BolgeXeber.Com » Bölgə » Gəncənin icra başçısının istirahəti üçün 100 min manat toplanılıb

Gəncənin icra başçısının istirahəti üçün 100 min manat toplanılıb

28-08-2014, 16:25
Oxunub: 3 208 2-ci ən böyük şəhərdə «sobrazim» metodu…

Elə bu dəqiqələrdəGəncədən ilginc bir informasiya ötürülüb.Ölkənin ikinci ən böyük şəhərindəki qaynaqlardan verilən informasiyada bildirilir ki, icra başçısı Elmar Vəliyev sən demə, bir ay əvvəlindən yerli idarə müdirlərinə özünün istirahətinin təşkili üçün öhdəlik qoyubmuş.Mənbə bildirir ki, bu məlumatın ictimailəşməməsi üçün bütün müəssisə və təşkilatların rəhbərlərinə qəti xəbərdarlıq edilib və bildirilib ki, Elmar Vəliyev yay məzuniyyətini Braziliyada keçirəcək.Mənbənin dia.az-a söylədikləri: «Bir sözlə, Gəncədəki 50-dən artıq idarə və təşkilat rəhbərinin hər birindən 2 min manatdan pul yığılıb. Yeni başçının istirahəti üçün 100 min manat toplanılıb».

Onu da bildirək ki, iddia olunanlarla bağlı Gəncə rayon icra hakimiyyətinin rəsmi veb-səhifəsindəki telefonlara zəng etsək də, dəstəyi qaldıran olmadı.

Buna rəğmən qarşı tərəfi də dinləməyə hazırıq…