BolgeXeber.Com » Bölgə » Deyəsən Şəkinin icra başçısına savadlı şəkililər lazım deyil...

Deyəsən Şəkinin icra başçısına savadlı şəkililər lazım deyil...

5-09-2014, 09:25
Oxunub: 3 389 Təhsildə uğur qazana bilməyən Şəkini icra başçısı diziüstə qoyub

Son vaxtlar ölkə mətbuatında Şəki rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin nə dərəcədə kritik hala çatması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Şəkililəri ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Şəki RİH-nin başçısı Elxan Usubovun durması fikrində yekdildir. Qəzetimizin ötən saylarında biz bu mövzuda yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc etmişdik. Həmin materiallarda qeyd olunmuşdu ki, ötən ilin may ayından Şəki RİH-nin başçısı təyin olunmuş Elxan Usubov Azərbaycanın ən səfalı və qədim şəhərlərindən olan Şəkini cəmi bir il ərzində tamamilə tanınmaz bir hala gətirib. Xatırladaq ki, bir müddət bundan əvvəl biz Şəki RİH-nin maliyyə hesabatlarında ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı məlumat vermişdik. Bu barədə mənbənin söylədiklərindan aydın olumuşdu ki, Şəkiyə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı hesabatlarda təxminən 1 milyon manata yaxın məbləğlə əlaqədar şübhələr mövcuddur. Yerli sakinlər isə ilk növbədə rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən şikayətlənirlər: “Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələ ki, bundan lazımınca istifadə olunmur. Daha doğrusu pullar qazanılır, amma bu pullar rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özlləşdirən işbazların və bütün bu özbaşnalıqlara rəvac verən Elxan Usubovun cibinə axır. Rayonun inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən bir qəpik belə xərclənmir...” Bu gün Şəkinin yolları barədə də ürəkaçan sözlər demək olmur. Şəki şəhərini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. İyirmi-otuz il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür. Şəkinin məişət problemləri barədə isə yerli sakinlər belə deyirlər: “Şəkinin yalnız mərkəzi hissəsinə qaz nisbətən yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər...” Rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlarla tanış olsaq görərik ki, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar.Ötən materiallardan birində biz qeyd etmişdik ki, redaksiyamıza daxil olan məlumatlarda Şəki rayon icra başçısının qonşu Gürcüstan məmurları ilə kifayət qədər müəmmalı əlaqələrinin olduğu da bildirilir. Belə ki, Elxan Usubovun gürcü həmkarları ilə mütəmadi olaraq görüşdüyü və bu görüşlər zamanı müzakirə olunan mövzuların son dərəcə məxfi saxlandığı həmin məlumatlarda xüsusilə qeyd olunur. Bu yaxınlarda isə bu məxfiliyə nəhayət ki, son qoyulub. Məlum olub ki, bir müddət əvvəl Şəkidə tütün emalı zavodunu özəlləşdirən icra başçısı bu müəssisənin fəaliyyətini Gürcüstandakı biznes ortaqları ilə birgə istiqamətləndirir. Eyni zamanda da Gürcüstan ərazisində yardımçı müəssisələrin açılması istiqamətində müvafiq addımlar atılır.