BolgeXeber.Com » Bölgə » Cəlilabad rayonunda sahibkarın sexi yanaraq külə döndü-VİDEO

Cəlilabad rayonunda sahibkarın sexi yanaraq külə döndü-VİDEO

9-09-2014, 10:45
Oxunub: 2 793 Yanğın zamanı binanın içərisində təhlükə yarada biləcək qaz balonu yanğınsöndürənlərin səyləri nəticəsində ərazidən uzaqlaşdırılıb

Bolgexeber.TV bildirir ki, Cəlilabad rayon Göytəpə şəhər Qurtuluş prospektində sahibkar Həsənov Arif Xudabaxış oğluna məxsus olan sahəsi 440 kv metir cücə sexinin 140 kv metr ərazisi elektirik qısaqapanmasından yanaraq külə donub.
Cəlilabad rayon yanğından mühafizə idarəsinin rəisi polkovnik-leytenant Şahin Cəfərovdan aldığımız məlumata görə hadisə günorta saatlarında baş verib .
Göytəpə yanğın- mühafizə bölməsinə məlumat daxil olan kimi onlar hadisə yerində olublar. Yanğının qarşısı alınaraq sexin yaxınlığındakı yaşayış binasına yanğından mühafizəsi işləri aparılaraq yanğının diğər əraziyə keçməsinin qarşısı alınıb. Köməkçi dəstə olaraq Cəlilabad rayon yanğınsöndürmə bölməsindən bir maşın əraziyə cəlb edilib. Yanğın zamanı binanın içərisində təhlükə yarada biləcək qaz balonu yanğınsöndürənlərin səyləri nəticəsində ərazidən uzaqlaşdırılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Aytən Yaşar
Murad Hüseynov
Kamran Kamil oğlu
Bolgexeber.TV