BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısı sakinlər üçün başağrısına çevrilib

Gədəbəyin icra başçısı sakinlər üçün başağrısına çevrilib

10-09-2014, 13:15
Oxunub: 2 565 Ramiz Yediyarov ölkəmizdə görülən işlərə kölgə salır

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov icra başçısı vəzifəsinə təyinat aldıqdan sonra Ermənistanla sərhəddə yerləşən bu yaşayış məskəninin sakinlərinin çətinlikləri hələ də qalmaqda davam edir. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev tərəfindən bir neçə dəfə Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrılması barədə sərəncam imzalanıb. Lakin təəssüf ki, icra başçısı və ətrafında olan bir qrup şəxs büdcə vəsaitlərini təyinatı üzrə sərf etməyərək rayonun bərbad hala düşməsinin səbəbkarlarına çevriliblər. Ramiz Yediyarovun fəaliyyətindəki ən pis cəhətlər yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların haqsız yerə incidilməsinə göz yummasından ibarətdir.

Qeyd edək ki, ölkə başçısı bir müddət əvvəl qeyd etdi ki, respublikamızda biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artırılması, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan respublika iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli tədbirlər görür. Respublikamızda bu cür gözəl şərait yaratdığına və sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə sahibkarlar prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bütün bunlar onu göstərir ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti əsasında vətəndaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Bu səbəbdən yerli icra başçıları dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Lakin əfsuslar olsun ki, Gədəbəyin icra başçısı bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta ölkə hökumətinin tapşırıqlarının əksinə işlər görür. Belə çıxır ki, çoxsaylı tənqidlərə baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı yerli əhaliyə, xüsusən sahibkarlara ciddi problemlər yaradır. Axı məhz onun göstərişi ilə rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyekti qanunsuz olaraq yerlə-yeksan edildi. Ötən saylarımızda rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyektinin qanunsuz olaraq yerlə-yeksan edildiyini xəbər vermişdik. Bildirmişdik ki, ölkəmizin ən geridə qalan rayonlarından olan, dağlarla əhatə edilən və düşmən Ermənistanla üzbəüz mövqedə yerləşən Gədəbəydəki əsas problemlərdən biri də Ramiz Yediyarovun əməlləridir. Bütün bunlar onu göstərir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı bəzi sakinlər üçün başağrısına çevrilib. Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. Ələlxüsus, 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddədir. Belə çıxır ki, rayon rəhbəri ölkənin mövcud qanunvericiliyinə sayğısızlıq nümayiş etdirir.gundelik-baku