BolgeXeber.Com » Bölgə » Gəncədə İcra başçısına cinayət işi qaldırıldı

Gəncədə İcra başçısına cinayət işi qaldırıldı

12-09-2014, 11:50
Oxunub: 3 149 Elmar Vəliyevlə yola getmədiyinə görə işdən çıxarılan Məharət Mustafayev korrupsiyada ittiham olunur

Bir neçə gün əvvə işdən çıxarılan Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı Məharət Mustafayevə qarşı cinayət işi qaldırılıb. Bu barədə Gəncədəki mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, keçmiş icra başçısına qarşı irəli sürülən ittiham korrupsiya ilə bağlıdır. Belə ki, onun dövlət büdcəsindən ayrılan pulların böyük qismini təyinatı üzrə xərcləmədiyi və mənimsədiyi qeyd olunur.

Jam.az-a daxil olan bəzi mənbələr isə iddia edirlər ki, Məharət Mustafayevin işdən çıxarılmasının baiskarı Gəncənin icra başçısı Elmar Vəliyev olub. Məlumata görə, Vəliyevlə Mustafayevin arasındakı narazlıq bir ilə yaxın imiş baş qaldırıb. Narazılığın konkret səbəbləri barədə danışılmasa da, iddia olunur ki, Gəncənin rəhbəri qarşı tərəfin hərəkətlərindən bərk qəzəbli olub. İmkan yarandığı təqdirdə isə işdən çıxartdırıb.

Məharət Mustafayevə qarşı cinayət işinin qaldırılmasında da Elmar Vəliyevin əlinin olduğu deyilir. Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.