BolgeXeber.Com » Bölgə » AVP sədri Bilik Gününü şagird və müəllimlərlə keçirmişdir-FOTO

AVP sədri Bilik Gününü şagird və müəllimlərlə keçirmişdir-FOTO

16-09-2014, 14:10
Oxunub: 3 113 F.Ağamalı 15 sentyabr 2014-cü il tarixində Neftçala rayonunun Aşağı Surra, Salyan rayonunun Çuxanlı və Piratman Gəncəli kəndlərində olmuşdur

Aşağı Surra kəndində yeni məktəb korpusunun açılışında iştirak edən F.Ağamalı dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, valideynlərlə görüşərək onların təklif və fikirlərini dinləmişdir. Çuxanlı və Piratman Gəncəli kəndlərində də şagirdlərə uğurlar arzulayan F.Ağamalı müəllimlərin məktəbin təmiri ilə bağlı narahatlıqlarını müvafiq dövlət qurumlarının diqətinə çatdıracağını bildirmişdir. F.Ağamalı habelə Çuxanlı kəndində uşaq bağçasını ziyarət etmiş, bağçanın təmiri ilə bağlı məsələni diqqətdə saxlayacağını kollektivin nəzərinə çatdırmışdır. Tədbirdən sonra seçicilərlə fərdi qaydada görüşən F.Ağamalı onları narahat edən problemləri qeydiyyata götürmüşdür.
F.Ağamalı həmçinin, əvvəlki illərdə olduğu kimi Salyan rayonunun Yenikənd, Şəkərli, Yuxarı Noxudlu, Aşağı Noxudlu, Çuxanlı və Piratman Gəncəli, Neftçala rayonunun Aşağı Surra kənd orta məktəblərində I sinifə gedən 315 şagirdə məktəbli çantaları və məktəb ləvazimatları hədiyyə etmişdir.
Bolgexeber.com