BolgeXeber.Com » Bölgə » Göyçay sakinləri Mənsur Məmmədovdan Prezident Administrasiyasına şikayət edəcəklər

Göyçay sakinləri Mənsur Məmmədovdan Prezident Administrasiyasına şikayət edəcəklər

25-09-2014, 15:25
Oxunub: 3 273 "İcra başçısı öz yaxınları tərəfindən torpaqlarımızı zəbt etdirib"

Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən rayon icra başçısı Mənsur Məmmədovun özbaşınalığı haqqında Bolgexeber.com-un redaksiyasına şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi yayımlayırıq:
Göyçay rayonunun Cəyirli kındi sakinləri tərəfindən
M Ü R A C İ Ə T
“Bir neçə gün bundan əvvəl mətbuatda torpaqlarımızın zəbt olunması barədə çıxışımız getdi.Qeyd etdiyimiz kimi bir ümüdümüz Prezident cənab İlham Əliyevədir.Buna görə də 29 sentyabr 2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula gedirik və inanırıq ki ,bizi hansısa vəzifəli şəxslərdən biri qəbul edib dərdimizi cənab Prezidentə çatdıracaq.Uzun illərdi pay torpaqlarımız qanunsuz olaraq zəbt edildiyindən əkə bilmirik .Zəlil olub yoxsul vəziyyətə düşmüşük.Baxmayaraq ki Ali Məhkəmənin də qərarı var ki,zəbt edilmiş pay torpaqlarımız dərhal boşaldılsın.Ancaq rayon icra hakimiyyəti başçısı buna imkan vermir.Öz yaxınları tərəfindən torpaqlarımızı zəbt etdirib.Ali Məhkəmənin qərarını icra etməkdə aciz qalan Göyçay rayon İcra Qrupunun vəzifələrinin öhdəsindən gələ bilməmələri özü cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində göstərilib ki ,Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ali Məhkəmənin 06.09.2012-ci il tarixli qərarının indiyə qədər icra olunmamasına kimin məsuliyyət daşıdığı kimin həmin qərarın icrasına maneə olduğu aydındır.Bir qalır həmin əməllərin sahiblərinin qanun qarşısında cavab vermələri.Biz Prezident cənab İlham Əliyevə inanırıq və ümüd edirik ki ,29.02.2014-cü il tarixdə bizi Prezident Administrasiyasında hansısa vəzifəli şəxslərdən biri qəbul edib dərdimizi cənab Prezidentə şəxsən çatdıracaq və bizə kömək olunacaq .Ümüdümüz Allaha və cənab Prezidentədir.Xahiş edirik bizə kömək edin”.

İmza ; Adgözəlov Vahid Arif oğlu

Quliyev Əlisəfa Bilal oğlu

Feyzullayev Zülfü Abdurəhman oğlu

Feyzullayev Rahim Zülfü oğlu

Adgözəlov Qurban Arif oğlu