BolgeXeber.Com » Bölgə » Şamaxıda hərbi əlilə qarşı sayğısızlıq-ŞİKAYƏT

Şamaxıda hərbi əlilə qarşı sayğısızlıq-ŞİKAYƏT

29-09-2014, 09:30
Oxunub: 3 203 Şamaxı Təhsil Şöbəsindən şikayət var

2-ci qrup hərbi əlil özünün və həyat yoldaşının işlə təmin olunmasını istəyir

Şamaxı rayon Sabir qəsəbəsində yaşayan, dörd uşaq atası, 2-ci qrup hərbi əlil ehtiyyatda olan mayor Mahmudov Süleyman Əhmədağa oğlu təhsil nazir cənab Mikayıl Cabbarova müraciət edib.

Bolgexeber.com-a a ünvanladığı müraciətdə Mahmudov bildirir ki, 18 il hərbi xidmətdə olub.
«Müdafiə Nazirliyinin bir çox hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət etmişəm. Hal-hazırda ehtiyatda olan hərbi qulluqçuyam. Dəfələrlə Şamaxı şəhər Təhsil Şöbəsinə müraciət etmişəm. Lakin mənim müraciətimə baxan yoxdur. Yaşlı müəllimləri hərbi rəhbər vəzifəsinə təyin edirlər. Mütəxəsis olmağıma baxmayaraq, hərbi əlilə yüksək səviədə qayğı göstərilməsinə baxmayaraq, məni eşidən yoxdur. Eyni zamnada qeyd etmək istəyirəm ki, həyat yoldaşım da ibtidai sinif müəlliməsidir. Onu da Təhsil Şöbəsinə müraciətimə baxmayaraq, işlə təmin edən yoxdur».

Hərbi əlil qeyd edir ki, Şamaxı rayon təsil şöbəsinin rəisi Eyvaz müəllim rayonda təhsil naziri Mikayıl Cabbarovun əmrləri yerinə yetirmir. «Hərbi əlilə qanuna müvafiq olaraq qayğı və güzəştlər etmir. Qoca hərbi bilik və bacarığı olmayan şəxsləri vəzifəyə təyin edir. Onun marağı nədir, hələ də mənə çox qaranlıq qalır. Bu haqsızlığın və təhsilə vurulan zərbənin araşdırılmasına da ehtiyac olduğunu zənn edirəm».

Süleyman Mahmudov şikayətinin sonunda qeyd edir ki, o, təhsil nazirindən həyat yoldaşının ibtidai sinif, özünün isə müvəqqəti olaraq hərbi hazırlıq müəllimi kimi işlə təmin olunmasını xahiş edir.
Bolgexeber.com