BolgeXeber.Com » Bölgə » Bərdə şəhərində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib-VİDEO
Bərdə şəhərində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib-VİDEO
3-10-2014, 09:05
Oxunub: 2 865
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimində olan əsgərlər, ifa edilən mahnı və rəqslər iştirakçılarda yüksək ovqat yaradıb
Bərdə şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Hər şey ordu üçün, hər şey qələbə üçün" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
Mərasim iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Millət vəkillərinin, Bərdə rayon İcra Hakimiyyəti başçısının, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin, Müdafiə Nazirliyinin idarə rəisləri general-mayor Elbrus Orucovun, polkovnik Rüfət Əmirovun, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucovun, hərbi qulluqçuların, Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ictimai xadimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edənlər Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatları Zahid Oruc və Xanhüseyn Kazımlı Azərbaycanda həyata kelçirilən ordu quruculuğu işindən qürurla danışıblar. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlər bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inmala davam etdirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam yaradır.
Polkovnik Abdulla Qurbaninin ssenari müəllifi olduğu tədbirdə Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının, tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim edilib.
Xüsusi təyinatlı qrupun döyüş bacarığını nümayiş etdirməsi, qədim və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimində olan əsgərlər, ifa edilən mahnı və rəqslər iştirakçılarda yüksək ovqat yaradıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər