BolgeXeber.Com » Bölgə » Füzuli RIH-i şəhid ailələrinə və imtiyazlı ailələrə qurban sovqatları paylamışdır-FOTO

Füzuli RIH-i şəhid ailələrinə və imtiyazlı ailələrə qurban sovqatları paylamışdır-FOTO

3-10-2014, 14:15
Oxunub: 3 926 Qurban bayramı ümumilikdə rayonun bütün yaşayış məntəqələrində qeyd olunmuşdur

Qurban bayramı xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslam dinində bu ay xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapmışdır. Bolgexeber.com bildirir ki, Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Qurban bayramı münasibətilə ənənəvi olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyevin göstərişinə əsasən ərazidə, o cümlədən Bakı, Sumqayıt və digər şəhərlərdə məskunlaşmış şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, imtiyazlı ailələrin evlərində olunmuş, problemləri ilə maraqlanıb, onlara bayram sovqatları verilmişdir.
Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 280 şəhid ailəsinə, Qarabağ əlili və imkansız ailələrinə (un, düyü, şəkər tozu, çay, yağ) yardımı verilmişdir.
Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində və digər kəndlərdə Qurbanlar kəsilərək imtiyazlı ailələrə paylanmışdır.
Göstərilən diqqət və qayğıya görə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ,qaçqın və məcburi köçkün ailələri ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Qurban bayramı ümumilikdə rayonun bütün yaşayış məntəqələrində qeyd olunmuşdur.
Bolgexeber.com