BolgeXeber.Com » Bölgə » “Ucar sakinlərinin həyat və sağlamlıqları çox ciddi təhlükədədir”- Şikayət

“Ucar sakinlərinin həyat və sağlamlıqları çox ciddi təhlükədədir”- Şikayət

8-10-2014, 13:35
Oxunub: 2 859 Evdə yaşamaya-yaşamaya 78 manat su pulu gəlib

Bolgexeber.com-un redaksiyasına Ucar rayonu Nizami küçəsi ev 29 sakini İbrahimaov Məhəmməd Əli oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Ucar sakini "Azərsu " ASC "Birləşmiş Sukanal MMC"-dən və onun rəisinin yarıtmaz fəlaiyyətindən şikayətçidir.Məktubu olduğu kimi təqdim edirik:
"Azərsu " ASC "Birləşmiş Sukanal MMC" nin Ucar "Sukanal" İdarəsini rəis Asif Şirinov özəl qanunları ilə idarə edir ki , buna görə rayon sakinləri çox əziyyət çəkirlər.Beləki İdarənin rəisi Asif Şirinov bu vəzifəyə təyin olunduqdan sonra özbaşınalıq , saxtakarlıq baş alıb gedir.Rayona verilən içməli suyun keyfiyyəti çox-çox pisdir.Bu su nəinki içməyə heç əl-üz yumağa yaramır.Bu texniki suyu rayona verəndən sonra xəstəliklər durmadan artır.Rayon sakinlərinin həyat və sağlamlıqları ciddi təhlüükə qarşısındadır. Yaşıllıqlar artıq məhv olur , ağaclar quruyur.İçməli sudan yığılan pulların böyük hissəsi mənimsənilir.Texniki saxtakarlıqlarla sakinlərə kələk gəlinir.Ödənilən pulun dəyərindən dəfələrlə az su verilir ki, bununla da külli miqdarda pul mənimsənilir.Yaxın qohumum olan rayonun M.Əzizbəyov küçəsi ev 30 sakini Şakir Əliyev iki ildən çox ailəsi ilə birlikdə Bakı şəhərində yaşamasına baxmayaraq onun adına 78 manat su pulu borcu qəbzi yazılaraq qohumu olduğu üçün mənə verilmişdir.Bu artıq Asif Şirinovun hansı qaydada sakinlərin cibinə girdiyini subut edir.Çox qəribədir ki,iki il evində yaşamayan və sudan istifadə etməyən şəxsə utanmadan pul borcu qəbzi göndərilir.Bu qayda ilə çoxlu sayda sakinlərə su pulu borcu qəbzi verilmişdir .Bu qanunsuzluğa etiraz edənlərin suyu isə qanunsuz olaraq kəsilir.Asif Şirinov digər idarələrdə əmək qanunlarını pozduqlarına görə işdən azad çıxarılmış şəxsləri küllü miqdarda rüşvət alıb rəisi olduğu idarəyə işə götürmüşdür. Buna görə də bu müraciətimdə göstərdiyim faktların arşdırılmasına zərurət var.Ucar rayon sakinlərinin həyat və sağlamlıqları çox ciddi təhlükədədir. Qeyd edim ki,Asif Şirinov bu vəzifəyə qədər Yevlax rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.Mən mətbuat vasitəsi ilə aidiyyatı mərkəzi orqan rəhbərlərinə müraciət edib xahiş edirəm göstərdiyim faktları hərtərəfli, obyektiv araşdırıb bizə yaxından kömək edin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com