BolgeXeber.Com » Bölgə » Köhnə avtobuslar bölgələrə göndərilir - VİDEO

Köhnə avtobuslar bölgələrə göndərilir - VİDEO

6-02-2015, 20:25
Oxunub: 4 109 Avropa Oyunları ilə əlaqədar paytaxda 200-dən çox yeni iritutumlu və müasir standartlara cavab verən avtobusların gətirilməsindən sonra köhnə avtobuslar xətdən çıxarılıb və bölgələrə göndərilib.

ANS TV-nin məlumatına görə, rayonlara göndərilməmişdən əvvəl isə köhnə avtobuslar texniki baxışdan keçirilir. Əgər hələ də istismara yararlıdırsa o zaman rayonlarda bu avtobuslardan istifadə olunur. Amma istismar müddətini başa vurubsa və istifadə üçün yararsızdırsa onda bu avtobusların müəyyən hissələrindən istifadə olunur.

NN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov qeyd edir ki, köhnə avtobuslar əvvəlcə Dövlət Yol Polis İdarəsində qeydiyyatdan çıxardılır. Yalnız ondan sonra avtobusun istifadəsinə qadağa qoyulur.

Avtoekspert Azər Allahverənov bildirdi ki, bəzən olur ki həmin avtobusun müəyyən hissələrindən istifadə olunur. Bu da düzgün deyil. Çünki, bu zaman həmin həmin avtobuslar ləğv olunmalıdır.

Ehtiyac olacağı təqdirdə daha bir neçə avtobusun ölkəyə gətirilməsi planlaşdırılır. Ümumilikdə isə bu il 300 dən artıq yeni marşurut avtobusları paytaxta gətirilərək xəttə buraxılıb.
Bolgexeber.com