BolgeXeber.Com » Bölgə » Tərtərdə Heydər Əliyev Mərkəzində məşğələlər davam etdirilir

Tərtərdə Heydər Əliyev Mərkəzində məşğələlər davam etdirilir

6-02-2015, 21:10
Oxunub: 3 527 Umummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinin məşğələləri davam etdirilir

Dərslərə Tərtər rayonu üzrə 710 nəfər, Kəlbəcər rayonu üzrə 45 nəfər XI sinif şagirdi cəlb edilmişdir. Dərsləri rayonun ən təcrübəli müəllimləri tədris edir. Bu günədək dərslərdə 52 tam orta məktəbdən 955 nəfər şagird iştirak etmişdir.
Fevral ayının 6-da keçirilən dərsdə şəhər 1- saylı tam orta məktəbin şsgirdləri ilə yanaşı Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdləri də iştirak etmişlər. Şagirdlər əvvəlcə Mərkəzdə Umummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponat və fotostentlərə baxmış, elektron kitabxanada, komputer otağında olmuş, sonra dərs otağına keçmişlər. Mühazirəçi müəllim İbrahimov Seymur 1998-ci ilin martında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyasının yaranmasınadan, 1999-cu ilin 15 iyununda Təhsil sahəsində İslahat Proqramının qəbul edilməsindən və təhsil islahatlarına başlanması mövzusundan danışmışdır.
Dərsin sonunda şagirdlər Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışlar.
Bolgexeber.com