BolgeXeber.Com » Bölgə » İsmayıllıda Ağaclara qənim kəsilən kimdir? - FOTOLAR

İsmayıllıda Ağaclara qənim kəsilən kimdir? - FOTOLAR

7-02-2015, 10:40
Oxunub: 4 443 İsmayıllı rayonunda yeni yaşıllıqların salınması adı altında ağaclar kəsilir, yaşıllıqlar məhv edilir

Bu barədə jurnalist Elçin İsmayıl öz Feysbuk səhifəsində məlumat yayaraq fotolar paylaşıb. O qeyd edib ki, yaşıllıqların məhv edilməsi rayonunun Yaşıllaşdırma İdarəsinə yeni təyin edilmiş müdir tərəfindən həyata keçirilir.
Məlumata görə, Yaşıllaşdırma idarəsinin müdiri Sadıq Bağırov rayon mərkəzindəki yaşıllıqları təmizlik adı ilə kəsib taxta sexlərinə satır.

Məsələ ilə əlaqədar vətəndaşların şikayətini nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı bölgəsində yerləşən regional idarəsindən bildiriblər ki, onun qanunsuz əməlləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara baxmayaraq, S.Bağırov öz əməllərinə davam edir.

E.İsmayıl qeyd edir ki, ekologiya işçiləri onlara dövlətin qanunlarını yerinə yetirməyə imkan vermədiyini bildirirlər.

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.