BolgeXeber.Com » Bölgə » Səlim Müslümovun Sabirabaddakı kadrından şikayət-VİDEO

Səlim Müslümovun Sabirabaddakı kadrından şikayət-VİDEO

10-02-2015, 17:15
Oxunub: 3 906 Vətəndaşın sənədlərini özünə qaytarmırlar

Bolgexeber.TV bildirir ki,Sabirabad sakinləri Quliyev Şahmar və Şükürov Əlişiraz maddi durumlarının çox aşağı olması səbəbi ilə Sabirabad rayon Sosial Müdafiə Mərkəzinə sənədlər təqdim ediblər. Lakin heç bir səbəb göstərmədən onlara yardım düşmədiyi bildirilib. Şikayətçi Şahmar Quliyev BTV-yə(Bolgexeber.TV) bildirib ki, onun sənədlərini özünə qaytarmırlar. Səbəb kimi isə bunu dövlət sirri göstərirlər. Şikayətçi Şükürov Əlişiraz isə bildirib ki, 6-7 ildə çox müarəciət edənlər olub ki, onların da sənədləri alınıb və geri qaytarılmayıb. Hər il isə demək olar Sabirabad Sosial Müdafiə Mərkəzinə bir rəhbər seçilir.
Bununla bağlı Sabirabad rayon Sosial Müdafiə Mərkəzi ilə əlaqə saxlamağa cəhd göstərsəkdə cəhdlərimiz boşa çıxdı.
Məsələni diqqətimizdə saxlayacağıq.
Bolgexeber.com