BolgeXeber.Com » Bölgə » Novxanı bələdiyyəsi özbaşına qalıb

Novxanı bələdiyyəsi özbaşına qalıb

10-02-2015, 14:15
Oxunub: 3 909 Şahin Tağıyev bələdiyyə sədridir, yoxsa biznesmen?

Bələdiyyələr yarananda camaatımız düşünrdü ki, hər hansı problem üçün rayon mərkəzinə qaçmağa ehtiyac olmayacaq. Yəni yerli idarəetmə orqanı olan bələdiyyələr yerli problemləri elə yerindəcə həll edəcəklər. Ancaq belə olmadı.
Bələdiyyə sözü insanlarımızın düşüncəsində torpaq satan, makler kimi özünə yer elədi. Xalqın səsi ilə deyil, siyahı ilə təyin olunan bələdiyyə üzvlərinin əsas işi torpaq satmaq oldu. Torpağın qiyməti isə son 10 ildə Bakıda və ətraf ərazilərdə astronomik həddə çatıb. Bələdiyyə sədrləri torpaq satmaqla milyonçulara çevriliblər. Belə bələdiyyə sədrlərindən biri də Abşeron rayonundakı Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevdir.
Daxil olan məlumata görə, Şahin Tağıyev ilin çoxunu xarici ölkələrdə olur, əsasən Belorusiyada şərikli biznesi olduğu üçün bu ölkəyə səfərlər edir. Hər dəfə xarici səfərdən qayıdan bələdiyyə sədri tez-tez dəbdəbəli məclislər təşkil edir, müğənniləri öz məclisinə dəvət edir. Dostları ona məsləhət biləndə ki, ehtiyatlı ol, polislər bir gün kefinə soğan doğraya bilər, bələdiyyə sədri gülür və deyir ki, mən polisin ən zəif və zərif yerini bilirəm.
Görəsən Zakir Fərəcov hara baxır?