BolgeXeber.Com » Bölgə » Bərdədə ədəbi-bədii gecə keçirilib-FOTO

Bərdədə ədəbi-bədii gecə keçirilib-FOTO

10-02-2015, 18:25
Oxunub: 3 979 Tədbir Zəlimxan Yaqubun anadan olmasının 65 illiyinə həsr olunub

Bolgexeber.com xəbər verir ki,10 fevral 2015 - ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı və yeniyetmələrin iştirakı ilə xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 65 illiyinə həsr olunmuş “Bir əli torpaqda, bir əli haqda” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Sevda Süleymanova şairin həyat və yaradıcılığı barədə geniş və ətraflı məruzə etdi. Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov xalq şairi Zəlimxan Yaqubun şeirlərinin yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsində, onların vətəndaş kimi formalaşmasında böyük rolundan danışdı.
2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova və digərləri məruzə ətrafında çıxış etmişlər. Ramiz Musayev adına Bərdə şəhər inkluziv təhsil komponentli günüuzadılmış tam orta məktəb şagirdləri şairin şeirlərinə hazırladıqları kompozisiyaları tədbir işirakçılarına təqdim etdilər. Saz ustası Müzəffər Şükürov Zəlimxan Yaqubun şeirləri əsasında hazırladıqları musiqi nömrəsini təqdim etmişdir. Tədbirdə Xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığna həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Bolgexeber.com