BolgeXeber.Com » Bölgə » Ucar sakini zibilxanadan yazdı, "zibilə düşdü"-MÜRACİƏT

Ucar sakini zibilxanadan yazdı, "zibilə düşdü"-MÜRACİƏT

10-02-2015, 19:00
Oxunub: 3 262 "Heydər Əliyevin qurucusu olduğu bu partiya Şəhla Abdullayeva tərəfindən sadə vətəndaşlara qarşı dəyənəyə çevrilib"

Bolgexeber.com
-un redaksiyasına Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Vasif Abdullayev 2014-cü ildə Ucar rayonunda zibilliklərin baş alıb getməsi və bu kimi sosial problemlərin olması ilə bağlı məsələlərin həlli üçün mətbuatda gündəmə gətirməyimdən sonra İcra hakimiyyəti tərəfindən ciddi təzyiqlərlə qarşılaşdığını iddia edir. Həmin Müraciəti olduğu kimi təqdim edirik: “Mən Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə Mehriban Əliyevaya və Ramiz Mehdiyevə müraciətimlə kömək istəyirəm.Ucar rayonunda İcra hakimiyyəti başçısının müavini ,ictimai siyasi şöbənin müdiri olan Şəhla Abdullayevanın mənə qarşı əsassız haqsızlıqlarının dayandırmasını əlində olan siyasi gücün gənclərin üstündə dəyənək kimi fırlamasından cana boğaza yığılmışam.
2014-cü ildə Ucar rayonunda zibilliklərin baş alıb getməsi və bu kimi sosial problemlərin olması ilə bağlı məsələlərin həlli üçün mətbuatda gündəmə gətirməyimdən sonra mən İcra hakimiyyəti tərəfindən ciddi təzyiqlərlə qarşılaşdım. Şəhla Abdullayeva mənim arzuolunmaz insan elan edərək bütün əlaqələrimə son vermək istiyir. İş o yerə çatıb ki təsisçisi olduğum təşkilatdan belə uzaqlaşmam tələb edilir . Şəhla Abdullayeva Ucar rayonunda Yeni Azərbaycan Partiyası adından məni sıxışdırmaqla məşğuldur. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu bu partiya Şəhla Abdullayeva tərəfindən sadə vətəndaşlara qarşı dəyənəyə çevrilir. Bundan əlavə olaraq o mənim ailə üzvlərimin dövlət işində işləmələrinə müxtəlif yollarla əngəllər yaradır . Mən 2014 cü ildə Ucarda rayon mərkəzində zibilliklərin ləğv edilməsini istəmişdim ki,yeni başçı bu işləri bu gün həyata keçirir. Ancaq müavini isə hələdə mənimlə ədavət aparır . İş o yerə çatıb ki artıq mən Ucar rayonundan köçərək başqa yerə getməyi düşünürəm. Çünki bu rayonda qaldığım müddətdə şərlənərək həbs edilməkdən qorxuram. Hər zaman dövlətə və dövlətçiliyə hörmətlə yanaşdım heç bir siyasi məqsədim olmadı. Sadəcə bir sosial problem işıqlandırdım deyə qara siyahıya düşdüm.
Cənab Prezident sizdən xahiş edirəm ölkə gəncliyinə sahib çıxın, imkan verməyin ki, məni haqsız yerə qaralayıb şərləyib məhv etsinlər. Bizim də öz ölkəmizin inkişafı naminə ictimai fəaliyyətlə məşğul olmaq haqqımız var .
Abdullayev Vasif
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com