BolgeXeber.Com » Bölgə » Göyçayda məhkəmə ekspertizası və Azərsu ASC sahibkarı ələ salıblar-ŞİKAYƏT

Göyçayda məhkəmə ekspertizası və Azərsu ASC sahibkarı ələ salıblar-ŞİKAYƏT

12-02-2015, 18:50
Oxunub: 4 323 "Mülkiyyətimdə olan torpaq sahəsinin bir hissəsi Azərsu ASC-nin Göyçay nümayəndəliyi tərəfindən qanunsuz zəbt olunub"

Göyçay sakini olan şikayətçi sahibkar Mayılova Minayə Seyidağa qızı 1 ilə yaxın məhkəmə çəkişməsində Azərsu ASC-nin rüşvət hesabına məhkəmə prosesslərini yubatması, həmçinin Azərsu ASC-nin məhkəmə tikinti-texniki ekspertizasına təsir edərək müvafiq rəyin məhkəməyə təqdim edilməsinin qarşısını alınması səbəbindən Bolgexeber.com vasitəsilə bizim vasitəmizlə ölkə prezidenti cənab İlham Əliyevə şikayət ünvanlayıb. Bolgexeber.com həmin müraciəti olduğu kimi təqdim edir:
“Bildirirəm ki, mülkiyyətimdə olan torpaq sahəsinin bir hissəsi Azərsu ASC-nin Göyçay nümayəndəliyi tərəfindən qanunsuz zəbt olunub. Artıq bu fakt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssis rəyi ilə öz təsdiqini tapıb. Şikayətimin əsas səbəbi isə bundan ibarətdir ki, Göyçay rayon məhkəməsinin 08 avqust 2014-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertiziyasının ekspertləri nə məhkəmə qərardadını icra edir, nə də mənim şikayət və tələblərimə məhəl qoyurlar. 6 aydır ki, mən ekspertizadan rəyin verilməsi üçün müxtəlif orqanlara şikayətlər ünvanlasam da heç bir müsbət nəticə əldə edə bilmirəm. Bir neçə ay əvvəl məhkəmə texniki-tikinti ekspertizası Dövlət Torpaq və Xərtitəçəkmə komitəsi tərəfindən mütəxəssis rəyinin onlara təqdim edilməməsini bəhanə edərək ekspertiza təyin edilməsi ilə bağlı qərardadı Göyçay rayon məhkəməsinə qaytarmışdır. Hakim Fərhad Əfəndiyev yenidən həmin qərardadın icra olunması üçün təkrar olaraq sənədləri ekspertiziya ünvanlamağa məcbur qalmışdır. Apardığımız araşdırma zamanı bizə məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hüquq Şöbəsinin böyük məsləhətçisi-yerquruluşu mühəndisi Etibar Əliyev mütəxəssis rəyini vaxtında ekspertə təqdim etmiş, ekspert Xəyyam İsgəndərov isə öz şəxsi maraqları naminə süründürməçilik hallarına yol vermişdir. Bir çox aidiyyatı orqanlara şikayətlərimdən müsbət nəticə olmadığından, mətbuat vasitəsi ilə baş verən qanunsuzluqların ictimailəşməsini məqsədə uyğun hesab edirəm. Ümid edirəm ki, bu müraciətimdən sonra qanunları pozmuş şəxslər cəzalarını hökmən alacaqdır.
Qeyd etdiklərimdən göründüyü kimi mən rüşvət paylanması nəticəsində öz mülkiyyət hüquqlarımın bərpa olunmasına nail ola bilmirəm. Öz haqlı tələbim üçün həm fiziki, həm də mənəvi əziyyət çəkirəm. Cənab prezident İlham Əliyevdəndən xahiş edirəm ki, ölkədə baş verən süründürməçilik və korrupsiya hüquqpozmalarına qarşı elə bir sərt addım atsın ki, bizim kimi sahibkarlar, vətəndaşlar Azərsu ASC və Məhkəmə Ekspertizası kimi qurumların tamah məqsədi ilə oynadığı oyunlarda məhv olub sıradan çıxmayaq”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com