BolgeXeber.Com » Bölgə » Zərdabda keçmiş bələdiyyə sədri ondan şikayət edənləri şantaj edir?

Zərdabda keçmiş bələdiyyə sədri ondan şikayət edənləri şantaj edir?

13-02-2015, 18:45
Oxunub: 2 958 "Müraciətimizdən sonra keçmiş bələdiyyə sədri kənd arasında deyir ki, bütün kənd şikayət etsə də, bunun xeyri yoxdur"

Zərdab rayon Çallı kəndinin bir qrup sakini Bolgexeber.com vasitəsi ilə ölkə rəhbərliyinə şikayət ediblər.

Bolgexeber.com -a daxil olan şikayət məktubunu təqdim edirik: "Biz, bir qrup kənd sakini keçmiş bələdiyyə sədri Əyyub Əzizovun bələdiyyə işlədiyi dövrdə bizə qarşı törətdiyi saxtakarlığı ilə əlaqədar Zərdab rayon başçısı Lütvəli Babayevə və rayon prokuroru Süleyman Süleymanova müraciət etmişik. Müraciətimizdən sonra əvvəl icra başçısı, sonra isə prokuror bizi qəbul etdi. Bizim şikayətimizin obyektiv araşdırılacagına söz verdilər. Bu müraciətimizdən sonra keçmiş bələdiyyə sədri kənd arasında deyir ki, bütün kənd şikayət etsə də, bunun xeyri yoxdur.

Şikayətimizdən sonra keçmiş bələdiyyə sədri bizə qarşı qarayaxmaya, şantaja keçib. O, bununla yəqin şikayətimizi geri göturəcəyimizi fikirləşir. Keçmiş bələdiyyə sədri şikayətçilərdən biri Məmmədov Mais Məmməd oglundan rayon polis şöbəsinə ərizə ilə müraciət edib ki, guya Mais Məmmədov onun oglanlarına gotürmək istədiyi torpaq sahəsini zəbt edib. Buradan belə bir sual meydana çıxir ki, bələdiyyə sədri işlədiyiniz beş il ərzində bu barədə məhkəmə və polis orqanlarına müraciət etmisinizmi? Etmisinizsə, nəyə görə bu orqanlar bu günə kimi araşdırma aparmayıblar? Etməmizinizsə, Mais Məmmədov ona qarşı sizin törətdiyiniz qanunsuzluqlarla baglı prokurorluga müraciətdən sonra niyə bu yadınıza düşdü? O zəbt edilib dediyiniz torpağa görə Mais Məmmədov sizə 800 manat pul verib. Hansı ki, bu pulun müqabilində siz bu torpağı Mais Məmmədova həyətyanı torpaq sahəsi vermisiniz. Mais Məmmədovu aldadaraq ona sənəd də verməyib.İ ndi isə şikayətimizdən sonra o, öz saxtakarlığını ört-basdir etmək istəyir.

Biz rayon prokuroluğunda olanda, o, prokurorluğa gələrək, dedi ki, bizdən məhkəməyə, prokurorluğa şikayət edəcək. Şərəf və ləyaqətinə toxunmasına görə. Nə vaxtdan hüququnu tələb etmək şərəf və ləyaqətə toxunma sayılır?

Biz bir qrup kənd sakini mətbuat vasitəsi ilə bildiririk ki, Zərdab rayon prokurorluğunda şikayətimizin obyektiv araşdırılacağına inanırıq. İnaniriq ki, Əyyub Əzizovun bizə qarşı olan şantaj və qarayaxmanın qarşısı alınacaq və haqq öz yerini tutacaqdır.

İmza: Məhəmmədov Məhəmməd Məhəmməd oğlu
Məmmədov Fərhad Ağarza oğlu
Süleymanov Fizuli Əvəz oğlu
Musayev İsa Musa oğlu
Əliyev Fərahim Faxrəddin oğlu
Məmmədov Mais Məmməd oğlu
Əhmədov Alməmməd Pirməmməd oğlu

Şikayətdə adı hallanan tərəfin və rayon rəhbərliyinin mövqeyini də dinləməyə hazırıq.
Bolgexeber.com