BolgeXeber.Com » Bölgə » Qubada gərginlik: Sakinlər Bakı yolunu bağlamaq istəyir-YENİLƏNİB

Qubada gərginlik: Sakinlər Bakı yolunu bağlamaq istəyir-YENİLƏNİB

14-02-2015, 18:00
Oxunub: 2 968 Məşhur bir telekanalın əməkdaşları hətta rayona buraxılmayıblar

Quba rayonunda gərginlik yaşanır. Bu barədə azadliq.info-ya sakinlər məlumat veriblər. Onların sözlərinə görə, Qubada 3 gün ərzində 30-40 sinif bağlanıb.

Bu isə xeyli sayda şagirdin təhsilsiz qalmasına səbəb olub. Yerli hakimiyyət sakinlərin etirazının qarşısını almaq üçün hər üsula əl atır.

İddialara görə, sakinlərin şikayətini araşdırmaq istəyən məşhur bir telekanalın əməkdaşları hətta rayona buraxılmayıblar.

Buna görə də sakinlər Bakı-Quba yolunun bağlamağı planlaşdırırlar.

**
“Rayonda gərginliyin olması, camaatın yolu bağlamaq istəməsi haqda yayılan məlumatlar düzgün deyil”. Bunu virtualaz.org saytına açıqlamasında Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov dedi.

Y.Abidovun sözlərinə görə, rayon məktəblərinin bəzilərinə siniflərin bağlanması haqda göstəriş verilməsi barədəki məlumatlar mətbuatda düzgün təqdim edilməyib: “Bəzi məktəblərdə komplektləşdirmə işləri aparılır. Bu işlərə isə sentyabr ayından başlayıb. Siniflərdə şagirdlərin sayı nəzərə alınaraq komplektləşdirmə işləri görülür. Bu işə də Maliyyə və Təhsil nazirlikləri nəzarət edir. Heç bir narazılıq yoxdur. Yerli sakinlərin etiraz etməsi, yolu bağlamaq istəməsi barədə yayılan xəbərlər isə doğru deyil”.