BolgeXeber.Com » Bölgə » Agdaşda mədəniyyətimiz korrupsiyalaşıb - İTTİHAM

Agdaşda mədəniyyətimiz korrupsiyalaşıb - İTTİHAM

20-02-2015, 16:20
Oxunub: 3 219 Agdaşda mədəniyyətimiz korrupsiyalaşıb - İTTİHAM Bu gün Azərbaycanın rayon və bölgələrində fəaliyyət göstərən Mədəniyyət və Turizm şöbələrindən bir çoxlarının işi yerli ictimaiyyət tərəfindən heç də razılıqla qarşılanmır

Belə ki, bu qurumlara rəhbərlik edən şəxslərdən bəziləri öz fəaliyyətləri ilə büdcə vəsaitlərinin məqsədyönlü xərclənməməsi, mənimsəmələrə yol verilməsi kimi ciddi ittihamlara əsas verirlər. Bu xüsusda redaksiyamıza yeni daxil olan məlumatlarda Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Tahir Əliyevin də öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır.Məlumat üçün bildirək ki, hazırda Agdaş Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində Heydər Əliyev mərkəzi, 2 muzey (Tarix-diyarşünaslıq muzeyi, Məqsud Şeyxzadə ev muzeyi), 1 Mərkəzi Kitabxana, 68 kitabxana filialı, 49 klub və mədəniyyət evi, 2 Uşaq musiqi məktəbi, 1 Dövlət Rəsm Qalereyasıfəaliyyət göstərir. Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli,132 nömrəli Qərarına əsasən 17 Yerli əhəmiyyətli Tarixi abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür. Lakin Ağdaşda olan mənbələr iddia edirlər ki, bu müəssisələrin fəaliyyəti əksər hallarda müxtəlif maxinasiya və korrupsiya halları ilə müşayiət olunur. Məlumatlarda göstərilir ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə T.Əliyev tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda bu müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Mədəniyyət və Turizm Şobəsinin nəzrində fəaliyyət göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılmışdır. Həmçinin məlumatlarda bildirilir ki, Tahir Əliyev rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının planlaşdırılması ilə həyata keçirdiyi müxtəlif maxinasiyaların köməyi ilə də külli miqdarda rüşvət yığımına və büdcə vəsaitlərinin mənimsənməsinə nail olur. Digər tərəfdən də bəzi mənbələr rayonda fəaliyyət göstərən bəzi müəssisələrin ümumiyyətlə yalnız sənəd üzərində mövcud olduğunu iddia edirlər. Buna baxmayaraq hər il bu müəssisələrə vəsait ayrılır, işçilər maaş alır və cari “təmirlər” aparılır, avadanlıqlar və inventarlar, dəftərxana ləvazimatları, olmayan klubları isindirmək üçün soba odunu alınır. Bütün bu alqı-satqı, təmir işləri isə təbii ki, ancaq sənədlərdə həyata keçirilir. Ayrılan vəsait sadəcə nəğdləşdirilərək mənimsənilir. Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi də qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Tahir Əliyev tərəfindən mənimsənilir. Təqdim etdikləri açıqlamalarda mənbələr belə bir məqamı da xüsusi olaraq vurğulayırlar ki, Mədəniyyət və Turizm Şöbəsinin müdiri son zamanlar Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun tapşırıq və tövsiyyələrinə də aşkar etinasızlıq nümayiş etdirir. Məlumatlara görə, Tahir Əliyevin bu davranışı onun yüksək vəzifə tutan qardaşına olan arxayınlığından irəli gəlir... \\ bizimdovr.az \\

Qarşı tərəfi də dinləməyə hazırıq.