BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR

Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR

20-02-2015, 10:54
Oxunub: 5 281 Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLARBirlik sədrinin rayonun tarixi haqqında film çəkmək niyyəti niyə əngəllənib?

Dövlət Məmmədov: «Tarixi abidələrimizi vəhşicəsinə dağıdırlar»
"Su İstehsalçıları" İctimai Birliyinin sədri, Dövlət Məmmədov bildirib ki, o, bir qrup ziyalı ilə birgə doğma Gədəbəy rayonunun tarixi haqda film çəkmək istəyib. Onun sözlərinə görə, 2014-cü ilin yayında gədəbəyli sahibkarların maliyyə dəstəyi ilə filmin çəkilişlərinə başlayıblar:

"Heyət yaradıldı, ssenari müəllifi mən oldum. Həkim-alim Rəşid Mahmudovu məsləhətçi götürdük. Filmin təşkilat işlərinə Habil Tağıyev rəhbərlik edirdi. O, Gədəbəy Rayon İcra Hakimiyyətinə gedib danışıq apardı. Ona demişdilər ki, ideyanı yüksək səviyyədə dəstəkləyirlər. Gədəbəyə gedib icra hakimiyyətində müavinlərlə görüşdük, filmin ideyası haqda məlumat verdik. Dedilər ki, texniki dəstək, kəndlərdəki tarixi abidələri göstərmək üçün bizə bələdçilər verəcəklər. 3 gün ərzində biz Gədəbəyin Nərimankənd, Çanaqçı, Karlovka, Alekseyevka kəndlərində çəkilişlər apardıq".
D.Məmmədov deyir ki, sonradan havalar soyudu və çəkiliş üçün əlverişsiz olduğuna görə işi dayandırdılar: "Karlovkaya gedən yolda çox qədim bir mağarada çəkiliş apardıq. Karlovkadakı rus qəbiristanlığını çəkdik. Həmin qəbirlərin üstündə adlar, soyadlar rus dilində yazılsa da, xaç şəkli yoxdur. Bu danılmaz bir faktdır. Bakıya qayıdıb havaların bir qədər mülayimləşməsini gözlədik. Növbəti dəfə Gədəbəyə gedəndə icra başçısının müavinləri bizi sorğu-suala tutdular, niyə gəldiyimizi, nə istədiyimizi soruşdular. Bu münasibət bizi təəccübləndirdi. Sərgilədikləri münasibətin kökündə nə dayandığını bilmədik. Onlara dedik ki, biz sizdən heç nə istəmirik. Dağılan, əldən gedən abidələri də ona görə çəkirik ki, bu abidələrin varlığını sonradan mənfur ermənilərə sübut edə bilək. Beləcə icra hakimiyyətindən çıxdıq".

D.Məmmədov deyir ki, daha sonra Gədəbəydən maraqlı xəbər gəlib. "İcra başçısı işçilərinə göstəriş verib, kəndlərə gələn alim və professorlara Gədəbəyin 3500 illiyinin keçirilməsi haqda xəbər verilsin. Onları Yediyarovun adından yubileyə dəvət etsinlər. Bəzi alimlər dəvəti qəbul etməyiblər. Yığıncağa getməməklə Yediyarova öz etirazlarını bildiriblər, deyiblər ki, yubiley respublika səviyyəsində olmalı, tarixi kitablar çap edilməlidir. Yediyarov isə özbaşına rayona gələn ziyalıların siyahısını tutdurub və Bakıdan da qonaqlar dəvət edib. Filmin çəkilişinin təşkilatçısı Gədəbəydə olanda eşidib ki, icra başçısı yubiley keçirir. O mədəniyyət evinə gedib, lakin onu zala buraxmayıblar. Sonradan həmin yubiley adına keçirilən tədbirin videosunu əldə edib baxdıq. Məsələ bizə aydın oldu. Deməli, Habil Tağıyevı zala ona görə buraxmayıb ki, o çıxış edib Ramiz Yediyarovun yalanını üzə çıxarda bilər. Məlum olar ki, icra başçısı bizim ideyanı oğurlayıb və film əvəzinə özünü təriflətdirmək, mədh etdirmək üçün tədbir keçirib". (müsavat.com)
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev Dövlət Məmmədovun rayon rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib.

Qüdrət Paşayev ittihamlarla bağlı deyib: "Məsələ belədir ki, bu adamlar doğrudan da Gədəbəyin tarixi abidələrini araşdırıb, film çəkmək niyyəti ilə ötən ilin yayında icra hakimiyyətində olublar, bu iş üçün maliyyə dəstəyi və digər yardımlar istəyiblər. Lakin onların heç birinin nə tarix elmindən, nə arxeologiyadan, nə də sənədli film çəkilişindən xəbərləri yoxdur. İcra hakimiyyətində onların nəzərinə çatdırılıb ki, bu cür işləri peşəkarlar, yəni tarixçilər, araşdırmaçılar, arxeoloqlar görməlidir. Gədəbəyin tarixi, tarixi-mədəniyyət abidələri haqda tarix elmindən xəbəri olmayanların film çəkmək təşəbbüsünə dəstək verə bilmərik. Üstəlik, rayon icra hakimiyyətinin büdcəsində bu kimi işləri maliyyələşdirmək üçün vəsait nəzərdə tutulmur. İndi bu şəxs gedib, rayonun icra hakimiyyəti başçısını "ideya oğurluğunda" ittiham edir. Mən həmin Dövlət Məmmədova bir-iki sual verdim və gördüm ki, bu adamın tarix elmi haqda savadı hansı səviyyədədir. Gədəbəyin 3500 illiyi ilə bağlı keçirilən tədbirin bu adamların ideyasına nə dəxli var? Bu tədbir əvvəlcədən nəzərdə tutulmuşdu və alimlərin, ziyalıların iştirakı ilə keçirildi".

D.Məmmədov "Bizim Yol" qəzetinə bildirib ki, iyulun 3-də Gədəbəyə gedərkən İcra Hakimiyyətinin həyətində maşının yanında gözlərkən Q.Paşayev gəlib onunla görüşüb və gedib: "Bundan sonra mən Q.Paşayevin üzünü görməmişəm. Mən onların heç birindən heç vaxt pul istəməmişəm. Bu növbəti yalandır, mənə şər atmaqdır. Q.Paşayevdən əgər pul istəyirdimsə, onu niyə o vaxtı aktlaşdırmırdılar? Niyə dövlət orqanlarına bu haqda məlumat vermirdilər? Əsas məsələ tarixi abidələrə qarşı törətdikləri cinayətlərdən fikri yayındırmaqdır. Q.Paşayev məni sual-cavab elədiyini, tarixi biliklərimin olmadığını deyib. Əgər kiminsə icra hakimiyyətində mənim biliyimdən şübhəsi varsa, onunla televiziyada, üz-üzə çıxıb danışa, diskussiya apara bilərəm. Bu gün Gədəbəy Rayon İcra hakimiyyəti Qoç abidələri bərpa edib tarix muzeyinə vermək əvəzinə mənə şər, böhtan atmaqla məşğuldur. Mən icra hakimiyyətini mənim şəxsiyyətimi alçaltdığı üçün, həm də təkcə Gədəbəyin deyil, Azərbaycanın tarixi abidələrini vəhşicəsinə dağıtdıqlarına görə onları məhkəməyə verməyə hazırlaşıram. Vəkilim artıq bu iki iş üzrə sənədləri hazırlayıb".

D.Məmmədov deyir ki, onun icra başçısının müavinləri və ya orada işləyən hər hansı bir şəxslə şəxsi qərəzi yoxdur. "Azərbaycanın tarixi abidələrinin məhv olmasını qəbul edə bilmirəm. Dövlət başçısı tərəfindən Gədəbəydə quruculuq işləri gedir, ancaq yerli icra hakimiyyətinin nümayəndələri bu işlərin gedişinə mane olur. Azərbaycanın tarixi abidələrini məhv edirlər. Onlara demək istəyirəm ki, səhvlərini düzəltsinlər. Zibilliyə atdıqları daş heykəlləri geri qaytarsınlar. Əgər tarixi abidələri sevirlərsə, bu günə kimi ağzı bağlı qalmış Gədəbəy rayon tarix Muzeyini təmir etdirsinlər".
Bolgexeber.com
Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR

Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR
Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR
Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR
Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR
Gədəbəyin icra başçısı məhkəməyə verilir - FOTOLAR