BolgeXeber.Com » Bölgə » Qarın yağması və manatın düşməsi cənub rayonlarında problemlərə səbəb olub-Marketlər mal satmır,telefon işləmir

Qarın yağması və manatın düşməsi cənub rayonlarında problemlərə səbəb olub-Marketlər mal satmır,telefon işləmir

23-02-2015, 11:09
Oxunub: 4 134 Qarın yağması və manatın düşməsi cənub rayonlarında problemlərə səbəb olub-Marketlər mal satmır,telefon işləmirSon günlərdə Azərbaycanda kəskin hava şəraiti, yağan qar fəsadlar törətməkdə davam edir

BOLGEXEBER.COM -un cənub bölgə müxbirinin verdiyi məlumata görə, kəskin hava ölkənin cənub bölgəsində də ciddi fəsadlar törədib. Ən böhrranlı vəziyyət Lerik və Cəlilabad rayonundadır. Belə ki, bu ərazilərdə əsa yol tamamilə bağlanıb. Bu səbəbdən həmin ərazidə həyat iflic vəziyyət düşüb. Cəlilabadda,o cümlədən Göytərə şəhərində enerji təsərrüfatı iflic hala düşüb. Belə ki,Cəlilabaddın 80-%-İ elektrik enerjisiz qalıb.

Kəndlərin əksəriyyəti dünəndən elektrik enerjisizdir. Lənkəranda yağan qar subasma hallarına da səbəb olub. Belə ki, əriyən qarın suyu həyətlərə dolub, sakinlərə müəyyən ziyan vurub.

Bundan başqa Lənkəranda .bir sıra mobil operatorların fəaliyyətində məhdudiyyətlər yaranıb. Lənkəran rayonunun Liman şəhərində də vəziyyət açınacaqlıdır.Bundan başqa BOLGEXEBER.COM-a verilən məlumata görə iki gün əvvəl Azərbaycan manatının dollara nisbətən kəskin ucuzlaşması da Lənkəranda başqa problemlər də da yaradıb. Belə ki, iri dükanlar,marketlər ərzaq mallarının və sairə malların satışını dayandırıb ki,bu da əhalidə narazılıçılıq yaradıb. Bildirilir hətta bir sıra cənub rayonlarında ərzaq əldə etmək üçün bəzi vətəndaşlar tərəfindən marketlərin qapılarının sındırılması halları da baş verib.Lənkəran sakinlərinin verdiyi məlumata görə, səhər saatlarında Boladi kəndinin bir qrup sakini Liman qəsəbəsi ərazisinə gələrək Bakı-Astara yolunu bağlayıblar.

Bu dəfə aksiyaçıların əksəriyyəti qadınlardan ibarət olub. Sakinlər manatın məzənnəsinin düşməsi ilə bağlı baş verən bahalaşmaya etiraz ediblər.

Onlar yolu bir neçə saat bağlı saxlayıblar. Həmçinin magistral yolun üstündə təkər yandıraraq etirazlarını nümayiş etdiriblər. Yalnız saat 11:00 radələrində polis aksiyaçıları ərazidən uzaqlaşdıra bilib.
BOLGEXEBER.COM