BolgeXeber.Com » Bölgə » Tərtərin Əskipara kəndində növbəti səyyar-qəbul görüş keçirilmişdir-FOTO

Tərtərin Əskipara kəndində növbəti səyyar-qəbul görüş keçirilmişdir-FOTO

25-02-2015, 09:44
Oxunub: 3 150 Tərtərin Əskipara kəndində növbəti səyyar-qəbul görüş  keçirilmişdir-FOTOƏhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayonun Əskipara kəndində Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü keçirilmişdir

BOLGEXEBER.COM bildirir ki, görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etmişlər.
Görüşdə iştirak edən kənd ağsaqqalları Tapdıq Rüstəmov, Tofiq Qasımıv və digərləri çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nailiyyətlərdən danışmış, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Çıxışçılar qeyd etmişlər ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Tərtər rayonunda uğurla həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən rayonumuzun mərkəzi ilə yanaşı kəndlərimiz də daim diqqət mərkəzində saxlanılır. Belə ki, Əskipara kəndinin qazlaşdırılması, əhalinin fasiləsiz elektirik enerjisi ilə təmin olunması, kəndarası yolların təmir olunması, əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün tədbirlərin görülməsi kəndlərimizə göstərilən diqqət və qayğının təzahürüdür.
Sonra çıxış edən kənd sakinlərindən Əli Əsədov, Şanxay Muradov, Namiq Əliyev, Müslüm Babışov, Solmaz Muradova, Arzu Qurbanova və başqaları görülən işlərdən razılıqlarını bildirərək məli su üçün 1 ədəd subartezian quyusuna ehtiyac olduğunu, Əskipara kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunması və bir sıra şəxsi məsələlər barədə rayon rəhbərinə müraciət etdilər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söhbət açmışdır. Rayon rəhbəri daha sonra Tərtər rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışmış, infrastrukturunun yaxşılaşdırılması üçün kəndlərimizdə görülən işləri qeyd etmiş, sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
BOLGEXEBER.COM
Tərtərin Əskipara kəndində növbəti səyyar-qəbul görüş  keçirilmişdir-FOTO
Tərtərin Əskipara kəndində növbəti səyyar-qəbul görüş  keçirilmişdir-FOTO