BolgeXeber.Com » Bölgə » Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTO

Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTO

25-02-2015, 13:58
Oxunub: 3 738 Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTOTədbirə şəhər orta məktəblərinin şagirdləri dəvət olunmuşlar

BOLGEXEBER.COM bildirir ki,24 fevral 2015-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxanada Gənclər və İdman idarəsinin və Mərkəzi kitabxanın birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədi ilə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirə şəhər orta məktəblərinin şagirdləri dəvət olunmuşlar. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət himni oxunmuşdur. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Sevda Süleymanova geniş və ətraflı çıxış etdi.
Bərdə qəzetinin işçisi Şükufə Əliyeva çıxış edərək müəllifi olduğu “Əsgərə qurban” şeirini söylədi. Daha sonra 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova ədəbiyyatda qəhrəmanlar və qəhrəmanlıq haqqında danışmış, uşaq kitabxanasının biblioqrafı Səriyyə Məhərrəmova xalq qəhrəmanlarından danışaraq müəllifi olduğu “Apar məni o yerlərə igid əsgər” şeirini söylədi.
Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək müasir dövrdə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunmasının, onlara bu hisslərin aşılanmasının vacibliyini qeyd etdi. Daha sonra Gənclər və İdman idarəsinin bu sahədə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Tədbirin sonunda Akademik Zərifə Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseyin şagirdləri şeir söyləmiş, Ramiz Musayev adına Bərdə şəhər inkluziv təhsil komponentli günüuzadılmış tam
orta məktəbin və Tofiq İsmayılov adına 1 saylı Bərdə şəhər tam orta məktəbin şagirdləri isə səhnələşdirilmiş şeir kompozisiyasını təqdim etmişlər.


Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTO
Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTO
Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTO
Bərdədə “Vətəni sevmək imandandır”mövzusunda dəyirmi masa keçirilmişdir-FOTO