BolgeXeber.Com » Bölgə » Ağsuda xərac yığımı başladı

Ağsuda xərac yığımı başladı

25-02-2015, 12:06
Oxunub: 2 340 Ağsuda xərac yığımı başladıAğsunun icra başçısı iş adamlarına divan tutur

Ənvər Seyidəliyev sahibkarlardan büdcə kəsirlərini doldurmaq adı ilə xərac yığdırır. Ağsu rəhbərinin nümayəndələri ticarət mərkəzlərindən, dükanlardan qeyri-rəsmi ödəniş tələb edir. Buna səbəb kimi rayonda abadlıq işləri görülərkən vəsait çatışmazlığı yarandığı göstərilib. İş adamları isə istənilən məbləği verməkdən imtina edir. Bu məlumatları Tia.az-a verən qaynağın sözlərinə görə, şikayət edən sahibkarın obyektinə vergi əməkdaşları ilişir. Hazırda sahibkarlar arasında narazılıq baş qaldırıb. Onlar qanunsuz pul yığımından prezidentə şikayət etməyi planlaşdırır. Üstəlik, mağazalara manatın ucuzlaşmasından sonra süni bahalaşmaya getməmək tapşırılıb.
BOLGEXEBER.COM