BolgeXeber.Com » Bölgə » Beyləqanda hicablı müəllimələr işdən çıxarılır?

Beyləqanda hicablı müəllimələr işdən çıxarılır?

25-02-2015, 18:46
Oxunub: 2 758 Beyləqanda hicablı müəllimələr işdən çıxarılır?Proses təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun göstərişi əsasında həyata keçirilir

Beyləqan rayonunda fəaliyyət göstərən orta məktəblərdə dərs deyən hicablı müəllimələr işdən çıxarılır. Bu barədə rayondan məlumat verilib.

Məlumatda deyilir ki, bu barədə tapşırıq yerli Təhsil şöbəsinin müdiri tərəfindən verilib. Həmin tapşırığa əsasən hicablı müəllimələrə heç bir xəbərdarlıq da edilmir. Və Tofiq Sadıqovun bu addımının konkret olaraq kimin göstərişi əsasında etdiyi məlum deyil.

Jam.az-a verilən məlumata görə, Beyləqanda yaşanan məlum olay inanclı insanlar arasında ciddi narahatlıq və narazılıq yaradıb. Hətta belə bir xəbər də var ki, dindarlar yaşanan olaylardan dolayı təhsil şöbəsinin müdiri Tofiq Sadıqovu məhəməyə vermək fikrindədirlər.