BolgeXeber.Com » Bölgə » Bərdədə Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Bərdədə Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

26-02-2015, 20:13
Oxunub: 3 238 Bərdədə Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdirXocalı soyqırımın iyirmi üçüncü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilmişdir

BOLGEXEBER.COM bildirir ki,tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP rayon təşkilatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayonda müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə tədbir iştirakçıları iclas zalının foyesində təşkil edilmiş Xocalı soyqırımı ilə əlaqədar rəsm və kitab sərgisi ilə tanış olmuşlar.
Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar videoçarxa tamaşa etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev məruzə etmiş, Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı rayonundan Bərdəyə pənah gətirərək müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri Əliniyaz Nəcəfov, Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Şəhər Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov çıxış etmişlər. Tədbirdə Xocalı faciəsi zamanı ölənlərin ruhuna dualar oxunmuşdur.
Tədbirdə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayonundan məcburi köçkünlərin bir qrupuna maddi yardım göstərilmişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları bədii kompazisiyaya tamaşa etmişlər.
BOLGEXEBER.COM