BolgeXeber.Com » Bölgə » Şəmkirin Seyfəli kənd məktəbi illərdir direktorsuz qalıb - ŞİKAYƏT VAR

Şəmkirin Seyfəli kənd məktəbi illərdir direktorsuz qalıb - ŞİKAYƏT VAR

4-03-2015, 10:39
Oxunub: 3 094 Şəmkirin Seyfəli kənd məktəbi illərdir direktorsuz qalıb - ŞİKAYƏT VARİllərdir bu məktəbə direktor təyin edilmir.

Şəmkir rayonunun Seyfəli kənd sakini Flora Məmmədova redaksiyamıza şikayət məktubu göndərib. Şikayətçi kənd orta məktəbindəki neqativ hallardan narazılıq bildirir.

Məktubda bildirilir: “Aşağı Seyfəlidə bələdiyyə seçkiləri ilə əlaqədar namizədliyini irəli sürmüş Müşviq Süleymanov adına tam orta məktəbin müəllimələri Şahnaz Məmmədova, Hafizət Vəliyeva, Nailə Namazova, Mətanət Namazova, 2 saylı orta məktəbin müəllimələri - Samirə Əliyeva və Aşağı Seyfəli tam orta məktəbin müəllimələri Kifayət Abbasova, Yeganə Məmmədova Sevinc İsayeva, Nərminə Zalova seçki kampaniyasında iştirak ediblər. Müəllimələr seçkiyə start verilən gündən məktəbdə dərsə gediblər. 23 dekabr 2014-cü ildə seçki başa çatıb və yuxarıda qeyd etdiyim məktəblərin müəllimələri Şahnaz Məmmədova, Sevinc İsayeva, Kifayət Abbasova, Yeganə Məmmədova Səbinə Əkbərova, Samirə Əliyeva, Nərminə Zalova bələdiyyəyə üzv seçiliblər. Lakin M.Süleymanov adına Seyfəli kənd orta məktəbin indiki direktor əvəzi Akif Namazov bu şəxslərə məktəbdə işləmələrinə dair qanunsuz olaraq əmək haqqı yazır. Halbuki həmin müəllimələrin ikinci işdə işləmək hüququ yoxdur. Onlar bələdiyyəyə üzv seçiliblər”.

Kənddə ali təhsilli işsiz müəllimlər kifayət qədər olduğunu xatırladan şikayətçi daha sonra yazır: “Ancaq onlara iş verilmir. Həmçinin direktor əvəzi Akif Namazov 2013-cü ildə oktyabr ayında rüşvət alaraq məktəbə ikinci laborant gətirib və ona rayon maliyyə şöbəsindən ştat alıb. Direktor əvəzinin özbaşınalıqları bununla da bitmir. O, dərsdən sonra məktəbdə şagirdlərə məşğələ keçən müəllimləri və şagirdləri ona pul vermədiyi üçün küçə söyüşləri ilə təhqir edib. İllərdir bu məktəbə direktor təyin edilmir. Direktor əvəzi Akif Namazovun özbaşınalıqları haqda Şəmkir Rayon Təhsil Şöbəsinə dəfələrlə yazılı və şifahi məlumat versək də heç bir tədbir görülməyib”.

Sonda şikayətçi başda prezident olmaqla, aidiyyəti qurumlardan məktəbdəki özbaşınalıqlara son qoyulması üçün araşdırma aparılmasını xahiş edir.