BolgeXeber.Com » Bölgə » 8 maşını əzən şəxs hansı icra başçısının qardaşı oğlu olub? - İDDİA

8 maşını əzən şəxs hansı icra başçısının qardaşı oğlu olub? - İDDİA

9-03-2015, 14:49
Oxunub: 3 247 8 maşını əzən şəxs hansı icra başçısının qardaşı oğlu olub? - İDDİABir neçə gün bundan əvvəl Aftosfer.az saytı məlumat yaymışdı ki, fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. Həmin məlumatda deyilirdi ki, «İnfiniti-5-5» markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində - Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransaının Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib.

Yenə həmin məlumatda vurğulanırdı ki, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs içkili vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq «Nissan» markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.

Aftosfer.az onu da bildirmişdi ki, hadisəni törədən şəxs icra başçılarından birinin qardaşı oğludur. JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bəlli olub ki, Fransa səfirliyi qarşısında sözügedən tarixdə məlum olayın səbəbkarı həqiqətən də icra başçılarından birinin qardaşı oğludur. Həmin icra başçısı isə Daşkəsinin rəhbəri Əhəd Abıyevdir. Hadisədə adı hallanan şəxsin adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.

Araşdırmalar zamanı o da məlum olub ki, sözügeən şəxsin idarə etdiyi avtomobil isə Ali Məhkəmədə çalışan yaxın dostlarından birinə məxsus olub.

Yazıda adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
BOLGEXEBER.COM