BolgeXeber.Com » Bölgə » Tərtər rayonunda ağac əkmə aksiyasının II mərhələsinə start verilmişdir-FOTO

Tərtər rayonunda ağac əkmə aksiyasının II mərhələsinə start verilmişdir-FOTO

12-03-2015, 11:36
Oxunub: 3 128 Tərtər rayonunda ağac əkmə aksiyasının II mərhələsinə start verilmişdir-FOTO“Ümumrespublika Yaşıllaşdırma” marafonu may ayınadək davam edəcəkdir

2014-cü il Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilmişdir. BOLGEXEBER.COM bildirir ki,layihə iki mərhələdən ibarətdir. Rayonda keçirilən birinci aksiyada rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və sakinlər fəal iştirak etmişlər. Ümumilikdə I “Ümumrespublika Yaşıllaşdırma” marafonunun birinci mərhələsində rayonda 9 080-dən çox ağac əkilmişdir.
Mart ayında isə “Ümumrespublika Yaşıllaşdırma” marafonunun ikinci mərhələsinə start verilmişdir. Marafon çərçivəsində ağacəkmə aksiyasının birinci günü idarə, müəssisə və təşkilatların işçiləri, şəhərimizin sakinləri tərəfindən ağac əkiləcək ərazilərdə təmizləmə işləri aparılmış, yeni torpaq qatı salınmış, həmin ərazilərə mineral gübrələr səpilmişdir. Gün ərzində1000 ədəd müxtəlif növ ağac əkilmişdir.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu may ayınadək davam edəcəkdir. II turda rayon ərazisində 14 min müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulmuşdur.
BOLGEXEBER.COM
Tərtər rayonunda ağac əkmə aksiyasının II mərhələsinə start verilmişdir-FOTO
Tərtər rayonunda ağac əkmə aksiyasının II mərhələsinə start verilmişdir-FOTO