BolgeXeber.Com » Bölgə » Astarada sahibkarlardan hər bəhanə ilə pul toplayırlar

Astarada sahibkarlardan hər bəhanə ilə pul toplayırlar

12-03-2015, 13:46
Oxunub: 2 036 Astarada sahibkarlardan hər bəhanə ilə pul toplayırlarAstara rayon sakinləri yaşadıqları bölgədə məmur özbaşınalığından cana doyduqlarını ifadə edirlər

Bu barədə Vertikal.az-a müraciət edən bir qrup rayon sakini Astaranın icra başçısı Qəzənfər Ağayevin fermerləri dövlətdən incik salmaqda ittiham ediblər.

4 nəfərin imzası ilə redaksiyamıza daxil olan müraciətdə deyilir ki, kənd təsərrüfatı yeganə dolanışıq yeri olan Astarada fermerlərə dövlət qayğısı sıfır səviyyəsindədir: «İcra başçısı Qəzənfər Ağayev elə bir sistem yaradıb ki, hər kəs qazandığını ona verməlidir. Müxtəlif bəhanələrlə fermerlərdən pul yığılır. Bu dəfə də seçkini bəhanə etdilər.

Ticarətlə məşğul olan astaralıların da günü qaradır. Polis gücünə hər kəsi şərləyirlər. Halbuki biz dövlətimizə sədaqətli insanlarıq. Bu gün dövlətimizin yanında olmaq istəyirik və bu belə də olacaq. İranla həmsərhəd bölgə olan Astaraya əslində xalqla daha çox təmasa meyilli olan məmurlar rəhbərlik etməlidir. Amma təəssüflər olsun ki, Qəzənfər Ağayevin xalqla təması yalnız pul alış-verişi ilə məhdudlaşır».

Sakinlərin yazdıqlarına görə, bu günlərdə növbəti pultoplama kampaniyası yerli sakinlərdə ciddi narazılıq yaradıb: «Biz mətbuat vasitəsilə dövlət başçısına müraciət edirik. Kömək istəyirik».