BolgeXeber.Com » Bölgə » Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO

Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO

13-03-2015, 19:00
Oxunub: 4 561  Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTOAkademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının səhnələşdirilmiş bir hissəsini iştirakçılara təqdim etmişlər

BOLGEXEBER.COM bildirir ki,13 mart 2015- ci il tarixdə Abbas Səhhət adına uşaq kitabxanasında Bərdə rayon Gənclər və İdman idarəsinin və Mədəniyyət və Turizm idarəsinin birgə təşkilatçılığı, uşaq və yeniyetmələrin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
Mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq şöbəsinin müdiri Sevda Süleymanova, Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov milli-mənəvi dəyərlərimiz barədə çıxış edərək, milli-mənəvi dəyərlərimizi qorumağın hər bir gəncin müqəddəs borcu olduğunu bildirmişlər. Kitabxanın işçisi Mətanət Ağayevanın Bahar qız ,oğlu Əli Ağazadənin Dədə Qorqud obrazlarını canlandırmaları tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Bülbül adına 1 saylı Uşaq İncəsənət məktəbinin oğlan və qızlardan ibarət rəqs kollektivinin (müəllim Bağdagül Teymurova) təqdim etdiyi “papaq”, “ləzdinka”, “vals” və s. rəqslərini tamaşaçılar rəğbətlə qarşılamışlar. Kitabxanın “Milli-mənəvi mövzusunda ”keçirdiyi inşa yazı müsabiqəsinin iştirakçılarından N.Nərimanov adına 3 saylı Bərdə şəhər tam orta məktəbin X sinif şagirdi Leyla İbrahimliyə hədiyyə təqdim olunmuşdur. 2 saylı Uşaq musiqi məktəbinin saz müəllimi Müzəffər Şükürovun ifa etdiyi xalq mahnıları, Şəhid Alı adına 5 saylı Bərdə şəhər tam orta məktəbin VI sinif şagirdlərinin və Ramiz Musayev adına Bərdə şəhər inkluziv təhsil komponentli günüuzadılmış tam orta məktəbin şagirdi Cəmalə Əliyevanın Bahar bayramı ilə bağlı söylədikləri şeirlər, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdi Hüseyn Əliyevin oxuduğu “Ay dili-dili” xalq mahnısı alqışlarla qarşılanmışdır.
Sonda Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının səhnələşdirilmiş bir hissəsini iştirakçılara təqdim etmişlər.
BOLGEXEBER.COM
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO
 Bərdədə ədəbi-bədii gecə keçirilmişdir-FOTO