BolgeXeber.Com » Bölgə » Füzulidə Novruz şənliyi keçirilib-FOTO

Füzulidə Novruz şənliyi keçirilib-FOTO

17-03-2015, 14:43
Oxunub: 4 645 Füzulidə Novruz  şənliyi keçirilib-FOTOXalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə Hordiz şəhərindəki Olimpiya-İdman Kompleksinin stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev, Milli Məclis Sədrinin müavini Bahar Muradova və rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak etmişlər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Bahar Muradova əvvəlcə stadionda Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxmışlar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranmış, nehrə çalxalanmış, sacda yuxa bişirilmişdir.
Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlamış, Novruz tonqalı alovlandırılmışdır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.
Alı Alıyev demişdir: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq iki ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.”
Alı Alıyev bildirmişdir ki, hər bir füzulilinin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
Milli Məclis Sədrinin müavini Bahar Muradova da çıxış etmiş tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişdir.
Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı getmişlər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürmüşlər. Rayon idmançılarının nümunəvi çıxışları, rayon mədəniyyət evinin musiqiçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırmışdır.
Novruz bayramı münasibəti ilə rayon İcra Hakimiyyətinin başçısı adından ərazidə və respublikanın digər şəhər və rayonlarında məskunlaşan şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlarına, əlillərə, eləcə də imkansız ailələrə bayram sovqatı paylanmışdır.
Bolgexeber.com
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO
Füzulidə Novruz  şənliyi keçirilib-FOTO