BolgeXeber.Com » Bölgə » Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO

Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO

20-03-2015, 03:59
Oxunub: 3 651 Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO19 mart 2015-ci il tarixdə Bərdə rayonu Xanxanımlı kəndində təbii qazın verilişinin açılışı olmuşdur

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbəliyev rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, kənd sakinləri iştirak etmişdir.
BOLGEXEBER.COM bildirir ki,tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını qeyd etdi, hazırda rayonun 10 kəndinin qazlaşdırılması üçün iş aparıldığını diqqətə çatdırdı.
Bu günlər bütün rayon sakinləri martın 12-də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfərinin yaratdığı xoş təsurat altında yaşayıb yaradırlar. Gündən-günə şəhər və kəndlərimiz gözəlləşir, ölkəmiz sürətlə inkişaf edir.
Xanxanımlı kəndinin qazlaşdırılması üçün 7813 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. 59 ailəyə təbii qaz verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kəndə təbii qaz verilişi münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbəliyev, Xanxanımlı kənd sakinləri Elman Nərimanov, Eyvaz Əliyev və Sabir Kərimov çıxış etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev sakinlərlə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışdır.
Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev kənd sakinləri ilə söhbət etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbəliyev və rayon rəhbərləri ilə birlikdə kənd sakini Eyvaz Əliyevin fərdi yaşayış evində təbi qazın alovlandırılmasında iştirak etmiş, ailə ilə söhbət etmişdir.

BOLGEXEBER.COM
Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO
Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO
Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO
Bərdənin Xanxanımlı kəndinə təbii qaz verilib-FOTO