BolgeXeber.Com » Bölgə » İmişlidə məskunlaşan Kəlbəcərli məcburi köçkünlərlə görüş keçirilib

İmişlidə məskunlaşan Kəlbəcərli məcburi köçkünlərlə görüş keçirilib

3-04-2015, 15:05
Oxunub: 3 106 İmişlidə məskunlaşan Kəlbəcərli məcburi köçkünlərlə görüş keçirilibNarınclar kəndinin 320 nəfərə yaxın sakini İmişli rayonu ərazisində müvəqqəti məskunlaşmışdır. Bolgexeber.com bildirir ki, məcburi köçkünlərlə görüşən İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, respublikamızın hər yerində olduğu kimi İmişli rayonunda da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Görüşdə çıxış edən Kəlbəcərli məcburi köçkünlər də öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, aidiyyatı qurumlara və xidmət təşkilatlarına konkret tapşırıqlar verilib.