BolgeXeber.Com » Bölgə » 20 yaşlı qızı zorlamaqda təqsirləndirilənlər həbs edilmədi - Tovuzda

20 yaşlı qızı zorlamaqda təqsirləndirilənlər həbs edilmədi - Tovuzda

3-04-2015, 12:20
Oxunub: 2 776 20 yaşlı qızı zorlamaqda təqsirləndirilənlər həbs edilmədi - TovuzdaƏvvəlki buraxılışlarımızda xəbər verdiyimiz kimi, Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb

Lent.az xatırladır ki, bu günlərdə Əyyublu kənd sakini olan, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib.

Müraciət əsasında dərhal araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib.

Tovuz Rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.

Fakta görə başlanmış cinayət işinin istintaqı davam etdirilir.