BolgeXeber.Com » Bölgə » Xızıda maliyyə maxinasiyaları hansı yolla və kimlərin əli ilə baş tutur...

Xızıda maliyyə maxinasiyaları hansı yolla və kimlərin əli ilə baş tutur...

22-04-2015, 12:35
Oxunub: 3 010 Xızıda maliyyə maxinasiyaları hansı yolla və kimlərin əli ilə baş tutur...Başçı heç də hər zaman başda oturmur...

Bu günlərdə "Azadlıq" qəzetində Xızı rayonu Yeni Yaşma kənd sakinlərinin adından dövlət başçısına müraciət dərc olunub. Müraciətə verilən şərhdə kənd camaatının torpaqlarının qeyri-qanuni zəbt edilməsindən narazılıq etdiyi bildirilir.

Bu məsələ ilə bağlı Xızının icra başçısı Xəzər Aslanova və digər aidiyyatı qurumlara edilən şikayətlərə baxılmadığı qeyd olunur. Maraqlıdır ki, qəzet yazarı şikayət məktubunda adı çəkilən Pəri xanımın çox qorxulu obrazını təqdim etməyə böyük "zəhmət" sərf edib. Görünür, bu qədər hay-həşir Yaşma kəndi ilə heç bir əlaqəsi olmayanları inandırmaq üçündür. Əslində yarımçıq həqiqəti öz siyasi məqsədlərinə uzlaşdıran qəzetin dəst-xətti açıq aydın sezilir. Bütün bunlar axı nə üçündür? Əgər qəzetin əməkdaşı vəziyyəti yerli-yataqlı araşdırmaq istəyində bulunsaydı, tamam başqa reallıqlarla üzləşəcəkdi. Məlum olacaqdı ki, Yeni Yaşma kəndində Pəri xanıma aid olan fermer təsərrüfatı artıq uzun illərdir ki, fəaliyyət göstərir. Fermer təsərrüfatına məxsus torpaq sahələri mövcud qanunvericiliyə uyğun, prosedur qaydalarına riayət olunmaqla sənədləşdirilib. Bu gün otlaq davasına çıxan bəzi Yaşma sakinləri həmin torpaqların vaxtilə kimə məxsus olduğunu da yaxşı xatırlayır. Diqqəti cəlb edən məqam:əldə etdiyimiiz məlumata görə, "Azadlıq" qəzetində dərc edilmiş müraciətdə adı keçən Pəri xanım Beyləqanın icra başçısı Vaqif Abdullayevin qudasıdır. Digər tərəfdən, kənddə Pəri xanımdan savayı bir çox iri torpaq sahibləri də var ki, onların adı bilərəkdən çəkilmir. Deməli, əslində məsələnin mahiyyətində tamam başqa xislət yatır. Məsələ ondadır ki, Pəri xanımın istifadəsində olan torpaq sahələrinə tamah salan var və kənd sakinlərinin əli ilə istəyinə nail olmağa çalışır. Xızı rayonunda oxşar "üsulla" başqasının torpaq və mülklərini ələ keçirmiş şəxs və ya şəxsləri də yaxşı tanıyırlar. Bunlar rayon icra aparatının rəhbəri Xəzər Aslanov, onun sabiq müavini və hazırkı kompanyonu, yəni şəriki Arzu Əzizovdur. Əslən Yeni Yaşma kəndindən olan Arzu müəllimin öz yurdunda çox etibarlı dayaqlarının olduğu da çoxlarına sirr deyil. Bu dayaqlar vasitəsilə bir vaxtlar hakimiyyət əleyhinə ciddi təbliğat aparan sabiq "amip"çi Arzu Əzizov rayon səviyyəsində müəyyən manevrlər edə bilirdi. Onun müxalifət düşərgəsində köhnə "paqon yoldaşları" da az deyil. Partiya mənsubiyyətini asanlıqla dəyişsə də, xislətini hələ ki, dəyişməyib.Uzun illər rayondakı yeganə peşə məktəbində direktor işlədikdən sonra isra başçısı onu özünə aqrar məsələlər üzrə müavin götürdü. Ötən ayın ortalarında dövlət başçısının verdiyi Fərman digərləri kimi, aqrar sahədən xəbərsiz olan bu adamın da müavinliyini bitirdi. Buna baxmayaraq sabiq müavini icra başçısı Xəzər Aslanovun etibarından düşmədi. Bu gün Arzu Əzizov icra başçısının maliyyə rıçaqlarını möhkəmləndirməyə hesablanmış büdcə işlərində onun ən yaxın tərəfdaşı hesab edilir. Xızıda hamı bilir ki, başçının firmalarını Arzu müəllim idarə edir. Özü də bu "idarəçilik" sanki büdcə yeyintilərinə işləyir. Arzu Əzizov həm də icra başçısının torpaq işlərində yaxın adamı sayılır. Bu gün rayonda bir sıra torpaq və mal-mülk sahblərinin öz varidatından "məhkəmə" yolu ilə məhrum edilməsinin də bu adama bilavasitə aidiyyatı olduğu deyilir. Onu da qeyd edək ki, Arzu Əzizovun və onun kimi bir çox məmurların Yeni Yaşma kəndində yüz hektarlarla torpaq sahəsi var. Lakin bu torpaqlar yenə də azlıq edir. Digər tərəfdən, məlumata görə. Xızının icra başçısı öz sələfi Vaqif Abdullayevə məxsus bütün obyektləri artıq ələ keçirib. Onların arasında artıq neçə ildir ki, davam edən intriqa deyəsən yeni mərhələyə keçir. Xəzər Aslanov Pəri xanımın istifadəsində olan torpaqlara sahib çıxmaq üçün açıq şəkildə səylər göstərə bilmir. Bu məsələnin Yaşma kəndindəki dayaqları vasitəsilə həllini Arzu Əzizova tapşırıb. Maraqlıdır ki, Yaşma kəndindən mətbu orqanlara müraciət ötürənlərin məhz Arzu Əzizova yaxın şəxslər olduğu deyilir. Pəri xanımın fermer təsərrüfatını ləğv etdirməklə Xəzər Aslanov Beyləqanın icra başçısı Vaqif Abdullayevi Xızı rayonundan qəti şəkildə uzaqlaşdırmaq istəyir. Bu intriqanın bilərəkdən ictimailəşdirilməsi isə Xəzər Aslanovla Arzu Əzizov birliyinin yeni işlərindən sayılmalıdır.
BOLGEXEBER.COM