BolgeXeber.Com » Bölgə » “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilib - Tərtərdə
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilib - Tərtərdə
24-04-2015, 19:49
Oxunub: 4 844
Tərtər rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsi, Gənclər və İdman idarəsi və YAP rayon təşkilatı birlikdə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə aprelin 22-də şəhər 2 saylı məktəb liseydə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirmişdir.
Bolgexeber.com xəbər verir ki, intellektual oyunda 10 məktəbdən 80 şagird iştirak etmişdir. Oyun hər tur 12 sualdan ibarət olmaqla 3 turda keçirilmişdir. Komandalar arasında şəhər 2 saylı məktəb- lisey I yeri, Seydimli kənd tam orta məktəbi II yeri, Şəhər 1 saylı tam orta məktəbi III yeri qazanmışdır.
Şəhər 2 saylı məktəb-liseyin komandası mayın 17-də Mingəçevir şəhərində keçiriləcək “Nə?Harada?Nə zaman?” intellektual oyunda iştirak etmək üçün vəsiqə qazanmışdır.
I,II,III yerləri tutan komandalara rayon təhsil şöbəsi tərəfindən Fəxri Fərman verilmişdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər