BolgeXeber.Com » Bölgə » İsmayıllıda icra başçısının birinci müavininin məşəl biabırçılığı

İsmayıllıda icra başçısının birinci müavininin məşəl biabırçılığı

20-05-2015, 12:04
Oxunub: 4 054 İsmayıllıda icra başçısının birinci müavininin məşəl biabırçılığı"Rövşən Ağayev olimpiya məşəlini idmana aidiyyatı olmayan şəxsə daşıtdırmaqla rayonumuzu gülüş mənbəyinə çevirir, eyni zamanda sizin olimpiya hərəkatınıza verdiyiniz dəstəyi heçə endirmiş olur”

İsmayıllıdan təhsil, idman və bir sıra təşkilatlardan cumhuriyyet.az-ın elektron poçtuna göndərdikləri müraciəti mətbuatda dərc edilən materialı olduğu kimi dərc edirik:

“Ölkəmizdə uzun illərdir ki, dövlət başçısı səviyyəsində idman və bədən tərbiyəsinin inkişaf etditilməsi ilə bağlı xeyli sərəncamlar imzalanıb. Azərbaycan idmanının dünya miqyasında əsas söz sahibinə çevrilməsi, hər zaman bir sıra ölkələr tərəfindən qısqanclıqla qarşılanıb. Biz gənclər qəti əminliyimizi bildiririk ki, ölkəmizdə idmana olan qayğı az qala dünyanın heç bir yerində yoxdur. Çünki ölkəmizdə idmanın, idmançıların yaxın dostu möhtərəm prezidentimiz İlham Əliyev cənablarıdır. Azərbaycan idmanı öz inkişaf dövrünün ən yüksək pilləsindədir. Buna görə də bir aydan da az müddətdə ölkəmizdə birinci Avropa oyunları keçiriləcək. Hamı kimi biz gənclər də buna sevinir və ölkəmizin adının dünyanın hər yerində çəkiləcəyindən qürur duyuruq. Bu yarışlardan xeyli müddət keçməsinə baxmayaraq, ölkəmizin adı bütün dünyada hallanacaq və ölkəmiz daim diqqət mərkəzində olacaqdır. Buna görə də bu tədbirin daha möhtəşəm alınması üçün hər birimiz əlimizdən gələn köməkliyi əsirgəməməliyik.

Hazırda olimpiya məşəli respublikanın demək olar ki, əksər rayonlarından keçirilərək nümayiş olunmaqdadır. Biz İsmayıllı gəncləri də olimpiya məşəlinin rayonumuza gətiriləcəyi günü səbirsizliklə gözləyirik. Biz eyni zamanda müşahidə edirik ki,rayonlarda olimpiya məşəlini yalnız idmançılar daşıyır. Rayonlarda ayrı-ayrı idman növləri üzrə respublika və beynalxalq yarışların mükafatçıları və qalibləri bu məşəli daşıyaraq digər rayonlara təhvil verir. Bizim rayonda da peşəkar ölkə, Avropa, dünya çempionlarımız onlarladır. Ancaq çox təəssüf ki, rayonumuzda olimpiya məşəlini daşıyacaq kimi adı rəsmiləşdirilmiş şəxs idmandan xəbəri olmayan adi dil-ədəbiyyat müəllimidir. Bu hal bizləri bərk narahat edir. Axı nəyə görə İsmayıllıda bu utanc qərara imza atırlar?İsmayıllı idmançıları həmişə həm respublika, həm də beynalxalq səviyyədə öz sözlərini demiş olublar. Ancaq bu gün belə bir absurd qərara imza atırlar. Biz gənclər qəti olaraq bildiririk ki, İsmayıllıda idmana qarşı bu hörmətsizliyi icra başçısının birinci müavini Rövşən Ağayev həyata keçirir. Rövşən Ağayev həmişə İsmayıllı idmanının inkişafına qarşı verilən qərarların əsl səbəbkarı olub. Bu adam hazırda özünü dırnaqarası icra başçısı adlandırır. Rayonda hamı Rövşənin yaxınları arasında söz düşəndə deyir ki, rayonun icra başçısı mənəm, mən nə desəm o da olacaq deyimini danışırlar. Rövşən Ağayevin arxasında elə rayondaca böyük vəzifədə çalışan şəxs dayanır, məqsəd rayonu gözdən salmaq, burada keçiriləcək tədbirləri gülünc obyektinə çevirməkdir. Biz cənab prezidentə müraciət edirik. Cənab president, biz sizin daxili və xarici siyasətinizi dəstəkləyirik, sizin idmana olan qayğınızı təqdirə layiq hesab edirik. Cənab prezident, sizin idmana olan qayğı və dəstəyinizi İsmayıllıda icra başçısının birinci müavini Rövşən Ağayev heçə endirir. Rövşən Ağayev olimpiya məşəlini idmana aidiyyatı olmayan şəxsə daşıtdırmaqla rayonumuzu gülüş mənbəyinə çevirir, eyni zamanda sizin olimpiya hərəkatınıza verdiyiniz dəstəyi heçə endirmiş olur”.
BOLGEXEBER.COM