BolgeXeber.Com » Bölgə » Şəkidə yollara ayrılan pulu kim mənimsəyib? "Azəryolservis"in açıqlamasına diqqət

Şəkidə yollara ayrılan pulu kim mənimsəyib? "Azəryolservis"in açıqlamasına diqqət

27-01-2016, 16:16
Oxunub: 3 978 Şəkidə yollara ayrılan pulu kim mənimsəyib? "Azəryolservis"in açıqlamasına diqqətŞəki rayonunda Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin dayandırılması yerli sakinlərin narazılığına səbəb olub

Şəki rayonunun bir qrup sakininin prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir ki, yolun tikintisi 2014-cü ilin avqustundan yarımçıq dayanıb.


“İş icraçısı hesab edilən “Azəryolservis”in Şəki rayonu üzrə yol idarəsi tenderin “qalibi” olaraq başladığı işi yarımçıq qoymasının səbəbini vəsaitin qurtarması ilə izah edir. Ümid edirdik ki, 2016-cı ilin yanvarında dövlət büdcəsindən yenə 5,8 milyon manat avtomobil yolunun tikintisinin başa çatması üçün ayrılacaq. Amma iqtisadi böhranlara görə belə bir vəsaitin bir daha olmayacağını anladıqda hamımızın qanı qaralıb. Əslində cənab prezident tərəfindən cəmi 15 km. uzunluğu olan bu yolun başa çatdırılması üçün ayrılmış 5,8 milyon manat ( məzənnəyə görə isə 7,5 milyon ABŞ dolları) pul əgər düzgün xərclənsəydi hesab edirik ki, yolumuz çoxdan hazır olardı”, - sakinlər belə hesab edirlər.

Müraciətdə bildirlir ki, hazırda sözügedən yolun 5 km.-i daşlı-çınqıllıdır, 6 km.-i tam hazırdır, 4 kmş-nin isə astar hissəsi vurulub.

“Yolun eni 5,5 metrdir. Yolun asfaltdan əvvəlki hissəsinə yoldan 50 metr aralıda olan daş və çınqıl material tökülüb. İşin icrası zamanı İdarənin texnikasından və işçi qüvvəsindən istifadə edilib. Həmin fəhlələrə idarə əvvəldən maaş verdiyindən onlara ayrılan əsas vəsaitdən əlavə pul ödənişləri edilməyib. Hesab edirik ki, bu yolun çəkilişi üçün icraçı təşkilat cəmi 400-450 000 manat pul xərcləyib. Burada dövlət vəsaitinin mənimsənilməsi faktı göz qabağındadır”, - sakinlər yazırlar.

Onlar bildirirlər ki, 2005-ci ildə “Şin” çayı üzərində inşa edilmiş körpü də hazırda qəzalı vəziyyətə düşüb. Bu körpünün tikintisinə ayrılan 6 milyon manat vəsaitin də cüzi hissəsi bu tikintiyə sərf edilib.
Şəkidə yollara ayrılan pulu kim mənimsəyib? "Azəryolservis"in açıqlamasına diqqət

“Hesab edirik ki, bu böhranlı dövrdə öz varidatlarını artırmaq naminə xalqı dövlətdən narazı salanların tezliklə tapılaraq ifşa olunmasının zamanıdır. Bircə xahişimiz var ki tezliklə yolumuzu və körpümüzü pis günə qoyan dəstə üzvlərinin işlərinin qanunauyğun surətdə təftiş edilərək layiqli cəzalarının alınması barədə göstəriş verəsiniz”, - sakinlər qeyd edirlər.
Şəkidə yollara ayrılan pulu kim mənimsəyib? "Azəryolservis"in açıqlamasına diqqət

Xatırladaq ki, 2013-cü il avqustun 20-də və 2014-cü ilin iyulun 3-də imzalanan sərəncamlara əsasən on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı və sonradan 3,3 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılıb. /Turan/