BolgeXeber.Com » Bölgə » Səlim Müslümov həbsdən yayındırdığı həmkəndlisini yenidən işə qəbul edib - İDDİA

Səlim Müslümov həbsdən yayındırdığı həmkəndlisini yenidən işə qəbul edib - İDDİA

12-04-2016, 12:40
Oxunub: 3 909 Səlim Müslümov həbsdən yayındırdığı həmkəndlisini yenidən işə qəbul edib - İDDİA"Keçən dəfə Yasamal rayon ƏSMM-də direktor Gülnarə Salahovanın rüşvət siyahıları əllərinə keçsədə pul alıb onu gizlətdilər, gətirib sizə həqiqəti demədilər

Bolgexeber.com bildirir ki, Dia.az-ın redaksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun konkret bir kadırn ilə bağlı ittihamların yer aldığı məqalə göndərilib.

Cavid Əliyevin yazdığı həmin məqaləni olduğu kimi təqdim edirik:

“Xatırlayırsınızsa, 2015-ci ildə nazir Səlim Müslümova aşağıdakı məktubu yazıb yollamışdıq:

Cənab nazir! Aşağıda adlarını qeyd etdiyimiz vətəndaşların yardım kartları Yasamal rayon ƏSMM-nin işçilərindədir. Bunu dəqiqləşdirməyin 2 yolu var:

1. Əjdər Cəbiyevdən və sizin daxili nəzarətin işçilərindən xəbərsiz bir yoxlama göndərib mərkəzdə həmin yardım sənədlərini götürüb vətəndaşlara zəng edib yardım kartlarını gətirib mərkəzə göstərmələri tələb olunmaqla.

2. Kapital banka sorğu göndərib həmin işlər üzrə son 3 ayın bankomat şəkillərini əldə etməklə.

Niyə deyirəm Əjdər Cəbiyevdən və sizin daxili xidmətin işçilərindən xəbərsiz? Ona görə ki, onlar sizə yalan danışır. Keçən dəfə Yasamal rayon ƏSMM-də direktor Gülnarə Salahovanın rüşvət siyahıları əllərinə keçsədə pul alıb onu gizlətdilər, gətirib sizə həqiqəti demədilər. Çox maraqlıdır: həmin işçiləri çağırıb soruşsanız onlar sizə nə deyər. Bu işdən sizin daxili xidmətin rəisinin də xəbəri var.

Yardım kartları Yasamal rayon ƏSMM-nin işçilərində olan vətəndaşlar:

1. Bayramov Həsən Eyyub 11. Əsədov Adil Ramiz
2. Nuriyeva Aygün Tofiq 12. Əhmədov Zirəddin Əhmədəli
3. Məmmədov Qalib İmran 13. Abbasova Təranə Rafiq
4. Səfərov Ramin Şükür 14. Həşimova Arzu Ağakərim
5. Nəcəfov Akif Fehruz 15. Mehdiyeva Nuranə Nadir
6. Zeynalova Elnarə Üruf 16. Rəsulzadə Sevinc Oktay
7. İsmayılov Zahir Hüsü 17. Zeynalova Sevinc Hüseyn
8. Fərəcova Elnarə Sabir 18. Kərimov Mətin Nadir
9. Novruzov Elçin Allahverdi 19. Mirzəyeva Ətirə Qurban
10. Zeynalova Ramella İnqilab 20. Məmmədov Sail Sabir
21. Şabandayeva Ədilə Təvəkkül 36. Babayev Zaur Əliman
22. Məmmədbəyli Səidə Elxan 37. Abbasov Əfqan Atif
23. Mustafayev Sərxan Ziyad 38. Məlikov Şahlar Şəhriyar
24. Əhmədov Elçin Paşa 39. Hüseynov Süleyman Ramiz
25. Şahmirzəyeva Aybəniz Valeh 40. Məmmədov Teymur Zakir
26. Qurbanov Rasim Fərman 41. Abbasova Məhsəti Həsən
27. Həsənov Ağaşah Məmmədşah 42. Bayramova Nərgiz Əlisalam
28. İbrahimova Günel Azadəli 43. Əliyarov Rüfət Xalıq
29. Baxışova Turalə İbrahim 44. Hüseynova Maisə Rasim
30. Mövsumzadə Ülkər Eldar 45.Mehdiyeva Yeganə Sərvər
31.İbrahimova Xəyalə Qədir 46.Mustafayeva Fərqanə Kamil
32. Məmmədova Yasəmən Məmmədbağır 47.İmanova Aytən Naib
33. Əsgərova Samirə Cabir 48. Əliyev Məmməd Əli
34. Allahverdiyeva Gülnar Adil 49. Qafarova Ülviyyə Cümşüd
35. Mirzəyev Elman Əliağa

Cənab nazir! Keçən dəfə Yasamal rayon ƏSMM-yə göndərdiyiniz yoxlama heç bir əməli iş görməmiş, bir nəfərə olsun belə zəng etməmişdir. Buna görə də işçilər onlarda olan yardım kartlarının heç birini vətəndaşlara qaytarmamışlar. Əksinə, işçilərdə əminlik yaranmışdır ki, heç kimə zəng edib yardım kartını gətirib mərkəzdə göstərmələri tələb olunmur. Bütövlükdə mərkəzin işçilərində 1000-dən yuxarı yardım kartı var və onları evlərində saxlayırlar. Həmin kartlar onlara ayda bir dəfə kartlara pul köçürüləndə gedib bankomatlardan pul çıxarmaq üçün lazım olur, hər gün lazım olmur ki, idarədə saxlasınlar. Mərkəzdə ən çox yardım kartı isə mərkəzin Zaur, Günəş və Sadiq adlı işçilərindədir.

Bu məktubdan sonra nazirlikdən Yasamal rayon ƏSMM-yə yoxlama göndərilmiş və adları qeyd olunan vətəndaşlara məxsus yardım işləri üzrə kartların bankomat çıxarışları Kapital bankdan alınmış və həmin çıxarışlarda mərkəzdə işləyən Zaur, Günəş və Sadiqin şəkilləri çıxmışdır. Böyük cinayətə yol verməsinə baxmayaraq, Səlim Müslümov həmkəndçisi Zaur Rəsulovun işini Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və ya Prokurorluğa göndərməmiş sadəcə onu işdən çıxarmaqla kifayətlənmişdir.

Yoxlama zamanı həmçinin məlum olmuşdur ki, Rəsulov Zaur 2014-cü ilin oktyabr ayında həyat yoldaşı Muradova Məlahət Eldar qızının adına aylıq 175 manat ünvanlı sosial yardım düzəldib və buna uyğun olaraq 1 yaşadək uşağa əlavə olaraq 45 manat aylıq müavinət. Yardım sənədinin iş nömrəsi: 101509. Maşını, evi və ƏSMM-də işi ola-ola vəzifəsindən sui istifadə edib özünə yardım düzəltdirib.

Bu həm də həmin Rəsulov Zaurdur ki, məsləhətçi ola-ola baş məsləhətçi kimi ayda 15-20 ünvanlı sosial yardım sənədi qəbul edərək hər ay 6-7 min manat ünvanlı sosial yardım pulunu mənimsəyib. Onu da bildirək ki, Rəsulov Zaur hər yerdə Səlim Müslümovla həmkəndçi olmaqla bərabər həm də yaxın qohumu olduğunu bildirir. Görünür saxtakarlıq edərək özünə yardımı da bu düşüncə ilə düzəldib. Onu da qeyd edək ki, Rəsulov Zaur heç bir imtahandan keçmədən Səlim Müslümov tərəfindən Yasamal rayon ƏSMM-də məsləhətçi vəzifəsinə müqavilə ilə işə götürülmüşdü.

Bütün qeyd olunanlara görə 2015-ci ildə işdən çıxarılan Rəsulov Zaur bu il yenidən Səlim Müslümov tərəfindən Beyləqan rayon ƏSMM-yə işə götürülüb. Baxın budur Səlim Müslümovun korrupsiyaya qarşı apardığı pafosla təqdim etdiyi "mübarizə". Məsuliyyətə cəlb olunmalı olan adam yenidən işə qəbul olunur. Bundan sonra da Səlim Müslümov çıxıb deyir ki, rəhbərlik etdiyi nazirlikdə şəffaflıq təmin olunur”.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Dia.az