BolgeXeber.Com » Bölgə » Şəmkirdə leysan yağışları təsərrüfatı məhv etdi – VİDEO

Şəmkirdə leysan yağışları təsərrüfatı məhv etdi – VİDEO

5-06-2016, 13:20
Oxunub: 2 970 Şəmkirdə leysan yağışları təsərrüfatı məhv etdi – VİDEOŞəmkir rayonunda aprel ayından indiyə kimi yağan leysan yağışları kənd sakinlərinə xeyli ziyan vurub

Belə ki, rayona leysan və dolu yağması nəticəsində kənd sakinlərinin meyvə ağacları, əkdikləri kartof bitkiləri məhv olub.

Rayonun Tatar kənd sakinləri Moderator.az – a bildiriblər ki, leysan yağışlarının yağması nəticəsində dağlardan gələn sel suları kəndin yollarını da bərbad vəziyyətə salıb.

Hər gün leysan yağışları və dolu yağdığını deyən sakinlər bildiriblər ki, məsələ heç də ürək açan deyil.
Bolgexeber.com